Tavat Muradlı


TEXNOLOGİYALARA ƏSASLANAN TƏLİM FƏALİYYƏTLƏRİ (OXU, DİNLƏMƏ, LÜĞƏT ÜZƏRİNDƏ İŞ)

Annotasiya. Məqalədə qeyd olunur ki, texnologiyalar bəşəriyyətin inkişafına mühüm təsir göstərir. Rəqabətədavamlı insan kapitalına, texnoloji biliklərə, səriştələrə malik olmağı, daha səmərəli və çevik işləməyi, əmək bazarında özünə yer tutmağı, uğur qazanmağı bacaran, mədəniyyətlərarası inteqrasiya prosesinə uyğunlaşa bilən kadr kimi müasir dövrün tələblərinə cavab vermək aktuallıq kəsb edir. Bu prosesdə dil bacarıqları, xüsusilə beynəlxalq dil hesab olunan ingilis dilini bilmək, tətbiq etmək bacarıqlarını inkişaf etdirmək olduqca əhəmiyyətlidir. Bu istiqamətdə bir çox proqramlar, alətlər mövcuddur. Müxtəlif sahələrdə tətbiq olunan bir çox texnoloji alətlər vardır ki, təhsil sektoru da bu sahələrdən biridir. Belə ki, xarici dil və ikinci dilin tədrisində kompüter vasitəsi ilə dil öyrənmə (ing. CALL – computer-assisted language learning), mobil vasitələrlə dil öyrənmə (ing. MALL – mobile-assisted language learning) və Web 2.0 alətlərindən geniş şəkildə istifadə olunur. Bundan əlavə, məqalədə oxu, dinləmə, lüğətin öyrənilməsində Web 2 alətlərindən səmərəli istifadə yolları haqqında məlumatlar öz əksini tapıb. Eyni zamanda, məqalədə dil tədrisi müəllimləri üçün uşaqların oxu bacarıqlarını inkişaf etdirmək haqqında faydalı təkliflər də yer alır.

Açar sözlər: texnologiya, web 2.0 alətlərindən istifadə, kompüterin dəstəyi ilə dil öyrənmə, mobil dəstəkli dil öyrənmə, rəqəmsal savadlılıq.

Yüklə Öncəki səhifə