Təranə Paşayeva


SƏFƏRƏLİ BƏY VƏLİBƏYOVUN PEDAQOJİ FƏALİYYƏTİ VƏ MÜƏLLİMLİK İRSİ

Annotasiya. Məqalədə XIX əsrin sonu və XX əsrin əvvəllərində Azər baycan maarifçiliyinin görkəmli nümayəndəsi olan Səfərəli bəy Vəlibə yovun pedaqoji fəaliyyəti və müəllimlik irsi araşdırılmışdır. O, Zaqafqa ziya Müəllimlər Seminariyasını bitirmiş ilk azərbaycanlı müəllimlərdən biri kimi pedaqoji kadrların hazırlanmasında, milli təhsil ənənələrinin formalaşmasında və maarifçilik ideyalarının yayılmasında mühüm xid mətlər göstərmişdir. Məqalədə Səfərəli bəy Vəlibəyovun pedaqoji baxış ları, təlim və tərbiyə prinsipləri, müəllimlik metodları, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və şagirdlərin şəxsiyyət kimi formalaşmasında rolu geniş şəkildə işıqlandırılır. Tədqiqatda, xüsusilə müəllifin sövti üsulun tədrisdə tətbiqi, qadın təhsilinin təşviqi, bölgə məktəblə rinin inkişafına verdiyi töhfələr və müasir təhsil prosesində tətbiq oluna biləcək metodoloji yanaşmaları vurğulanır.

Açar sözlər: Səfərəli bəy Vəlibəyov, pedaqogika, müəllimlik irsi, qadın təhsili, sövti üsul, milli-mənəvi dəyərlər, maarifçilik.

Yüklə Öncəki səhifə