Təranə Sadıqova


MƏKTƏBƏQƏDƏR TƏHSİLDƏ OPTİMAL TƏLİM METODLARINDAN İSTİFADƏ

Annotasiya. Məqalədə məktəbəqədər təhsildə optimal təlim metodlarının istifadəsindən bəhs olunur. Təlim prosesində metodların düzgün seçilib tətbiq edilməsinin səmərəliliyi artırması qeyd olunur. Səmərəli olmayan metodlarla yüksək təlim-tərbiyə nəticələrinə nail olmağın mümkün olmadığı vurğulanır. Müasir dövrün tələblərinə uyğun olaraq, uşaqların bilik almaq üçün müstəqil axtarışlar aparmalarına, yenidən hasiletmə və yaradıcılıq fəaliyyətlərinə şərait yaradılmalı, onların yaddaşa, təfəkkürə istinad etmələrinə, öyrənmə maraqlarına, nəzarət və qiymətləndirməyə münasibətləri dəyışməli, təlim fəaliyyətləri yenilənməlidir. Məqalədə, həmçinin məşğələnin mövzusundan, məqsədindən, şəraitdən asılı olaraq, ənənəvi təlim metodlarının da düzgün tətbiqinin təlim prosesinə müsbət təsiri şərh olunur. Təlimin məqsədlərindən, məzmunundan, uşаqlаrın hazırlıq səviyyəsindən asılı olaraq ənənəvi təlim metodları ilə interaktiv təlim metodlarını düzgün növbələşdirmək, konkret situasiya üçün ən optimal olan metodu tətbiq etmək kimi bacarıqlara yiyələnmə tərbiyəçi-müəllimin pedaqoji ustalığının formalaşmasına, nəticə etibarı ilə məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə kömək edir.

Açar sözlər: məktəbəqədər təhsil, optimal təlim metodları, təlim metodları, tərbiyəçi-müəllim, ənənəvi metodlar, interaktiv metodlar.

Yüklə Öncəki səhifə