Təranə Sadıqova


MÜASİR DÖVRDƏ MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN SOSİAL İNKİŞAFINDA MƏŞĞƏLƏLƏRİN ROLU

Annotasiya. Məqalədə müasir dövrdə məktəbəqədər yaşlı uşaqların sosial inkişafında məşğələlərin rolu haqqında danışılır. Qeyd olunur ki, uşağa təsir göstərən müxtəlif şərait amilləri onu ya fəallaşdırır, ya da passivləşdirir, bununla da o, müxtəlif davranış nümunələri nümayiş etdirir. Məşğələ prosesində uşaqlar təlim fəaliyyəti vərdişlərinə yiyələnirlər və onlarda diqqəti mərkəzləşdirmək, iradi səy göstərmək bacarıqları inkişaf edir. Eyni zamanda, məşğələ prosesində məktəbəqədər yaşlı uşaqların maraqlarının nəzərə alınması tövsiyə olunur. Maraq uşağı ətraf aləmi dərk etməyə, fəaliyyətə, yaradıcılığa sövq edir. İnsanın şəxsi inkişafında, yeni biliklərin əldə edilməsində əsas şərtlərdən biri olan maraq seçici xarakter daşıyır. Biliklər maraqlı olduqda daha möhkəm olur və şüurlu mənimsənilir. Qeyd olunur ki, məşğələnin məqsədinə uyğun olaraq, didaktik oyunlardan istifadə onun səmərəliliyini artırmaqla yanaşı, uşaqların sosiallaşmasına da mühüm təsir göstərir.

Açar sözlər: məktəbəqədər yaşlı uşaq, sosial inkişaf, məşğələ, şərait amilləri, təlim fəaliyyəti, tərbiyəçi, davranış qaydaları.

Yüklə Öncəki səhifə