MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏNİN NÖVLƏRİ: FORMATİV VƏ SUMMATİV QİYMƏTLƏNDİRMƏLƏR
Annotasiya. Məqalədə məktəbdaxili qiymətləndirmənin əsas növlərindən for mativ və summativ qiymətləndirmələrin təhlili təqdim olunur. Burada qiymət ləndirmənin növləri, eyni zamanda formativ və summativ qiymətləndirmənin məqsəd və vəzifələri, faydaları və s. haqqında məlumat verilmişdir. Həmçinin, qiymətləndirmələrin əsaslandığı nəzəriyyələr haqqında da məlumatlar yer al maqdadır. Qiymətləndirmənin bu növlərinin araşdırılmasının müasir təhsil sahə sində tətbiqinin müsbət və çatışmayan cəhətlərinin müəyyənləşdirilməsində rolu böyükdür. Qiymətləndirmələrdən istifadənin təlim nəticələrini əhəmiyyətli dərə cədə yaxşılaşdırdığı göstərilmişdir. Çoxsaylı tədqiqatlar göstərmişdir ki, forma tiv qiymətləndirmələr daha dərindən öyrənməyə kömək edir, tələbələrin fəallığı nı artırır və ümumi akademik nailiyyətləri artırır. Əsas üstünlüklərdən biri odur ki, öyrənmə boşluqları köklənməmişdən əvvəl müəyyən edilə və düzəldilə bilər. Müntəzəm qiymətləndirmələr müəllimlərə dərhal rəy bildirməyə, yanlış təsəv vürləri aradan qaldırmağa və lazım gəldikdə konsepsiyaları möhkəmləndirməyə imkan verir. Məqalədə bu qiymətləndirmələrdən istifadənin təlim nəticələrinə təsiri də təhlil edilmişdir.
Açar sözlər: təhsil strategiyaları, müəllim hazırlığı, qiymətləndirmələr, formativ qiymətləndirmə, summativ qiymətləndirmə.