Uğurcan Toqay


DƏNİZ VƏ MEŞƏ MƏKTƏBİ TƏCRÜBƏLƏRİNİN MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARA TƏSİRLƏRİNİN TƏDQİQİ: FENOMENOLOJİ TƏHLİL

Annotasiya. Bu tədqiqat məktəbəqədər təhsildə alternativ yanaşma olan Dəniz və Meşə Məktəbində fəaliyyətlərin məktəbəqədər yaşlı uşaqların idrak, emosional, sosial və fiziki-psixomotor inkişafına təsirini müxtəlif cəhətlərdən araşdırmaq məqsədi daşıyır. Müasir dövrdə uşaqların maraqlarını stimullaşdıran, onların bacarıqlarına əsaslanan təcrübələri vurğulayan, öyrənmə bacarıqları ilə maraqlanan, yaradıcılıq proqnozlarını, qərar vermə, təhliletmə bacarıqlarını nəzərə alan alternativ təhsil yanaşmalarına meyil artır. Bu baxımdan, həmin yanaşmaların təhsilə faydalarının müəyyən edilməsi və qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. 2019/2020-ci tədris ilində Mersin vilayətinin Erdemli rayonunda çalışan və şagirdlərini Dəniz və Meşə Məktəbinə gətirən məktəbəqədər təhsil müəssisələrindən 12 nəfər tərbiyəçi-müəllimin fikirləri araşdırmalara cəlb olunub. Tədqiqatda iştirak edən bütün tərbiyəçi-müəllimlər Dəniz və Meşə Məktəbinin təcrübələrinin mütləq məktəbəqədər yaşlılara müsbət təsir göstərməsi ilə razılaşmışlar. Bu təcrübələrin uşaqların idrak, emosional, sosial və fiziki-psixomotor inkişafına müsbət təsir göstərdiyi və uşaqların kəşfetmə, özünəinam, özünəhörmət, paylaşma, əməkdaşlıq və qərarvermə bacarıqlarına, ən əsası isə həssaslıqlarına müsbət töhfələr verdiyi tez-tez vurğulanır.

Açar sözlər: Dəniz və Meşə Məktəbi, məktəbəqədər təhsil, sinifdənxaric oxu, yaradıcılıq, öncədən görmə, özünəinam, əməkdaşlıq.

Yüklə Öncəki səhifə