Vəsilə Bayramova


YAŞILLIĞIN QORUNMASI MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN EKOLOJİ TƏRBİYƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİ KİMİ

Annotasiya. Məqalədə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Bakı şəhəri 198 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Vəsilə Bayramovanın təşəbbüsü ilə həyata keçirilən “Məni yaşıl dünyada böyüt” layihəsi ətraflı şəkildə təhlil olunur. Layihənin həyata keçirilməsi məktəbəqədər yaşlı uşaqlarda ekoloji tərbiyənin inkişaf etdirilməsi məqsədi daşıyır. Şamaxı şəhər M.Ə.Sabir adına körpələr evi-uşaq bağçası və Lənkəran şəhər 17 saylı körpələr evi-uşaq bağçasının da qoşulduğu bu layihənin əsas istiqamətləri və onun tətbiqi qaydaları məqalədə ətraflı şəkildə işıqlandırılır. Tərbiyəçi-müəllimlərin layihənin istiqamətləri ilə tanış olaraq onu tətbiq etmələri və bununla bağlı valideynləri maarifləndirmələri uşaqlarda təbiətə sevgi və qayğı hisslərinin formalaşmasına xidmət edir. Məqalədə məktəbəqədər təhsil müəssisələrinin də bu layihənin məqsədindən yararlanmağın uşaqların ekoloji tərbiyəsinə və yaşıllığın qorunması istiqamətində aparılan işin səmərəliliyinə əhəmiyyətli təsir göstərəcəyi vurğulanır.

Açar sözlər: məktəbəqədər yaşlı uşaq, məktəbəqədər təhsil, tərbiyəçi-müəllim, uşaq, valideyn, ekoloji tərbiyə, layihə.

Yüklə Öncəki səhifə