MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ UŞAQLARIN TƏLİM-TƏRBİYƏSİNDƏ İSTİFADƏ OLUNAN MÜASİR PEDAQOJİ TEXNOLOGİYALAR
Annotasiya. Məqalədə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində istifadə olunan müasir səmərəli pedaqoji texnologiyalar nəzərdən keçirilir. Bu, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində müasir innovativ texnologiyalardan istifadənin aktuallığını əsaslandırır. Tədqiqat işində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində istifadə olunan ən aktual, müasir innovativ texnologiyalar qeyd olunur, “innovativ texnologiya”, “pedaqoji texnologiya” anlayışlarının mənası izah edilir. Bu texnologiyaların mahiyyəti və onların tətbiqinin məqsədləri açıqlanır, məktəbəqədər təhsil müəssisələrində bu texnologiyalardan səmərəli istifadənin zəruriliyi barədə nəticə çıxarılır. Məktəbəqədər müəssisələrdə tərbiyəçi-müəllimlərin istifadə etdikləri texnologiyaların növləri, formaları, metodları, təsnifatları haqqında danışılır.
Açar sözlər: məktəbəqədər təhsil müəssisələri, tərbiyəçi-müəllim, müasir pedaqoji texnologiyalar, innovativ texnologiyalar, total rəqəmsallaşma, vahid rəqəmsal mədəniyyət.