MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏSİNDƏ STRATEJİ İDARƏETMƏNİN HƏYATA KEÇİRİLMƏSİ
Annotasiya. Məqalədə məktəbəqədər təhsil müəssisələrində strateji idarəetmə nin tətbiqinin pedaqoji və təşkilati əhəmiyyəti araşdırılır. Qlobal transformasi yalar və cəmiyyətin təhsilə artan tələbləri fonunda strateji idarəetmə dayanıqlı inkişaf və effektiv fəaliyyət üçün əsas mexanizm kimi təqdim olunur. Tədqiqat işində idarəetmə prosesinin mərhələləri – məqsədlərin müəyyənləşdirilməsi, mü hitin təhlili, resurs bölgüsü və nəticəyönümlü planlaşdırma elmi əsaslarla izah edilir. Eyni zamanda, pedaqoji heyətin idarə olunması, valideynlərlə əməkdaşlıq və innovativ texnologiyaların tətbiqi üzrə tövsiyələr verilir. Araşdırmada sistem və proses yanaşmalarını birləşdirən strateji idarəetmə modeli təqdim olunur və bu model ilk dəfə olaraq Xırdalan şəhərindəki məktəbəqədər təhsil müəssisələ rinin kontekstində tətbiq edilir. SWOT təhlili əsasında planlaşdırma, icmalarla əməkdaşlıq və texnoloji yeniliklər kimi komponentlər ümumiləşdirilir. Nəticələr göstərir ki, strateji idarəetmə idarəetmə keyfiyyətini artırır, təlim-tərbiyə mühi tini gücləndirir və sosial institut kimi məktəbəqədər müəssisələrin rolunu möh kəmləndirir. Məqalə həm nəzəri, həm də praktik baxımdan əhəmiyyət daşıyır. Strateji idarəetmə modeli məktəbəqədər təhsil müəssisələrinin məqsədyönlü və nəticəyönümlü fəaliyyətini təmin etməyə imkan verir. Məqalədə regional kon tekstdə aparılan təhlillər bu modelin yerli xüsusiyyətlərə uyğunlaşdırıla biləcə yini göstərir. Təklif olunan yanaşma rəhbərlik və təhsil siyasəti formalaşdıran qurumlar üçün praktik idarəetmə aləti rolunu oynaya bilər. Bu da təhsildə inno vasiya, çevik qərarvermə və sosial tərəfdaşlıq mədəniyyətinin gücləndirilməsinə şərait yaradır.
Açar sözlər: məktəbəqədər təhsil müəssisəsi, tərbiyəçi-müəllim, uşaq, strateji idarəetmə, təlim-tərbiyə, planlama, keyfiyyət.