CON DYUİNİN TƏHSİL FƏLSƏFƏSİNİN MƏKTƏBƏQƏDƏR TƏHSİLDƏ TƏTBİQİ: NƏZƏRİ-TƏNQİDİ TƏHLİL VƏ QLOBAL PRAKTİKA
Annotasiya. Məqalədə Con Dyuinin təhsil fəlsəfəsinin əsas prinsipləri – təcrübəyə əsaslanan öyrənmə, demokratik tədris mühiti, şagirdin sosial fəallığı və fənlərarası inteqrasiya nəzəri və analitik müstəvidə təhlil edilir. Tədqiqat Dyuinin pedaqoji ideyalarının məktəbəqədər təhsilin məqsədləri, məzmunu və metodikası ilə uyğunluğunu araşdıraraq, onun uşaq təcrübəsinin mərkəzləşdirilməsinə əsaslanan humanist yanaşmasının müasir təhsil sisteminə təsirini qiymətləndirir. Məqalədə, həmçinin Dyuinin nəzəri modelinin tətbiqi zamanı üzə çıxan praktiki çətinliklər, xüsusilə təcrübənin ölçülməsi, kurikulumun təşkilati elastikliyi və müəllim hazırlığı kimi məsələlər tənqidi baxımdan dəyərləndirilir. ABŞ, Braziliya, Finlandiya və digər ölkələrin təcrübəsi əsasında Dyuinin pedaqoji konsepsiyasının qlobal miqyasda tətbiq səviyyəsi müqayisəli şəkildə təhlil olunur. Tədqiqatın nəticələri göstərir ki, Dyui fəlsəfəsi müasir məktəbəqədər təhsilin demokratikləşməsi, şagird mərkəzli öyrənmə və təcrübəyönümlü yanaşmaların genişlənməsi üçün mühüm nəzəri baza olaraq qalır.
Açar sözlər: Con Dyuinin təhsil fəlsəfəsi, tədris, məktəbəqədər təhsil, uşaq, humanizm, demokratiya, təcrübə.