MƏKTƏBƏQƏDƏR DÖVRDƏ UŞAQLARIN NİTQİNİN FORMALAŞDIRILMASINDA FONEMATİK QAVRAMANIN İNKİŞAF ETDİRİLMƏSİ YOLLARI
Annotasiya. Məqalədə məktəbəqədər dövrdə uşaqlarda fonematik eşitmə və səs tələffüzü bacarığının formalaşdırılması yolları araşdırılır, uşaqların nitqinin in kişaf etdirilməsi zamanı tətbiq olunan metodların mahiyyəti və məqsədi təhlil edilir, reallaşdırılması yolları tədqiq olunur. Bundan əlavə, məqalədə məktə bəqədər dövrdə uşaqlarda dinləmə, dərketmə bacarıqlarının, eyni zamanda di lin bütün qrammatik vasitələrindən istifadə edərək nitqin inkişaf etdirilməsinin səciyyəvi yolları araşdırılır. Uşaqlarda nitq-eşitmə vərdişlərinin inkişafını təmin etmək məqsədi ilə didaktik oyunlardan istifadə edilməsi tövsiyə olunur. Qeyd edilir ki, kiçik qruplarda müxtəlif oyuncaqların, musiqi alətlərinin səsləndirilmə sindən istifadə etməklə uşaqlara səsin gücünü və xarakterini fərqləndirməyi öy rətmək mümkündür. Məktəbəhazırlıq qruplarında isə bu tip fəaliyyətləri bir qə dər mürəkkəbləşdirmək məqsədilə nitqin inkişafına yönəlmiş xüsusi məşğələlər təşkil edilir. Belə məşğələlərdə əsas məqsəd uşağın ailədə, körpələr evində, məktəbəqədər müəssisədə əldə etdiyi bilik və bacarıqları sistemləşdirmək, təlim prosesi vasitəsilə qabiliyyətini inkişaf etdirmək və bu prosesi sürətləndirməkdir.
Açar sözlər: məktəbəqədər müəssisə, məktəbəqədər yaşlı uşaqlar, ana dili, fone matik eşitmə, nitqi qavramaq.