Məqalələrin ekspert qiymətləndirilməsindən keçirilməsi elmi məqalə nəşrində mühüm əhəmiyyətə malikdir.
Rəy sistemi (Peer-review) akademik nəşrlərdə dərc olunan məqalələrin yoxlanılmasında, tədqiqatların səmərəliliyinin yüksəldilməsində, effektiv nəticələrin əldə olunmasında, keyfiyyət və orijinallığın qiymətləndirilməsində, plagiatın qarşısının alınmasında mühüm mərhələdir. Təəssüflər olsun ki, bu gün Azərbaycanın elmi jurnallarının böyük əksəriyyətində rəy sistemi formal xarakter daşıyır. Halbuki dünyanın nüfuzlu elmi jurnallarının nail olduğu uğurların təməlində dayanan amillərdən biri də məhz rəy sisteminin qurulmasıdır. Nəzərə almaq lazımdır ki, məqalələr rəyə göndərilməzdən öncə redaksiyada jurnalın platformasına uyğunluq baxımından yoxlanılır və bu prosesə baş redaktor nəzarət edir. Baş redaktor rəylərin effektiv, ədalətli və vaxtında aparılmasını təmin etməlidir. Elmi jurnallar yarandığı zamandan rəy sistemi aktual olub və inkişafı hədəfləyən elmi nəşrlər hər zaman buna əməl ediblər. Rəy sistemini 300 illik tarixi olan köklü bir sistem hesab etmək olar. Müasir dövrümüzdə də, bir sıra tənqidçilərin fikirlərinə baxmayaraq (onlar qeyd edirlər ki, ekspert rəyindən sonra da bəzi məqalələrdə hələ də qeyri-dəqiqliklər qalır, digər tərəfdən rəyçilər tərəfindən çapa məsləhət bilinməyən məqalələr digər nəşrlərdə yayımlanır.), elmi tədqiqatçılar elmi tədqiqat işlərinin ən yaxşı qiymətləndirilməsi metodu olaraq rəy sistemini göstərirlər və qeyd edirlər ki, rəy sistemi birmənalı olaraq məqalələrin keyfiyyətini artırır.
Rəy sistemi elmi jurnalların nəşri sahəsində bir “süzgəc” rolunu oynayır.
Aparılan sorğuların nəticələri də bu qənaətə gəlməyimizə əsas verir. Rəy sistemi elmi jurnalların nəşri sahəsində bir “süzgəc” rolunu oynayır. Rəy sistemi keyfiyyətsiz işləri lazımsız əşya kimi kənara qoyur. Beləliklə, jurnallara ancaq keyfiyyətli məqalələr daxil olur, jurnalın imici yüksəlir, jurnal brendləri yaranır. Məqalələrin rəydən keçirilməsi jurnalın fəaliyyətinə dəyər qatır, onun nüfuzunu yüksəldir, tədqiqatçıları öz tədqiqat sahələri üzərində daha dərindən tədqiqatlar aparmağa sövq edir. Təsadüfi deyil ki, nüfuzlu elmi istinad bazaları jurnalları öz sıralarına qəbul edərkən Peer-review sisteminin necə qurulduğuna diqqət yetirirlər. Elmi jurnallar nə qədər çox, eləcə də müəyyən sahə üzrə geniş biliyə, təcrübəyə, səriştəyə, dünyagörüşünə malik mütəxəssislərdən ibarət rəyçi bazasına malik olarlarsa, bu, onların daha optimal fəaliyyət göstərməsinə imkan yaradacaq. Tədqiqatçıların fikrincə, bir rəyçi il ərzində orta hesabla 8 məqaləyə keyfiyyətli rəy yaza bilər. Statistikaya görə, rəyçinin bir məqaləni rəydən keçirməsinə orta hesabla 6 saat vaxt gedir. Lakin bu rəqəm məqalənin məzmunundan və rəyçinin xarakterindən asılı olaraq dəyişə bilər. Sense About Science təşkilatının 100 rəyçi arasında apardığı rəy sorğusunun nəticələrinə görə, rəyçi məqaləni nəzərdən keçirməyə 100 saatdan artıq vaxt sərf edir (www.ncbi.nlm.nih.gov). Rəyçilərə verilən zaman daraldıqca, keyfiyyət əmsalı aşağı düşəcək. Bir rəyçiyə eyni vaxtda bir neçə məqaləni rəy üçün göndərmək yanlışdır və bu, rəylərin keyfiyyətinə mənfi təsir göstərəcək. Bir məqama da toxunmaq istərdim ki, son vaxtlar dünyanın aparıcı elmi jurnallarında gənc mütəxəssislərin rəyçi kimi fəaliyyət göstərməsinə daha çox üstünlük verilir. Mütəxəssislər hesab edirlər ki, gənclər müəyyən mövzular üzrə daha çox araşdırma aparır, çalışdıqları sahə üzrə daha müasir tendensiyaları operativ izləyir və optimal rəy yaza bilirlər.
Elmi məqalələrin rəy sistemindən keçirilməsinin bir neçə forması var. Bu məqalədə onlardan bəziləri ilə tanış olacağıq. Qeyd edim ki, hər bir formanın üstünlükləri və çatışmazlıqları mövcuddur.
Vahid anonim baxış
Elmi məqalələrin bu rəy tipi müəllifdən gizli aparılır. Bu, ənənəvi rəy metodudur və müasir dövrümüzdə daha çox istifadə edilməkdədir. Vahid anonim baxış sistemi tətbiq olunarkən aşağıdakı məqamları mütləq olaraq nəzərdə saxlamaq lazımdır:
İkitərəfli anonim baxış
Bu modeldə rəyçi də, müəllif də anonimdir. Aşağıda modelin xüsusiyyətlərindən bəsh edəcəyik:
Bütün bunlara baxmayaraq, rəyçilər bəzi hallarda müəllifin yazı üslubundan, tədqiqat mövzusundan, istinadlardan müəllifin kimliyini müəyyən edə bilər. Ona görə də rəyçilərin anonimliyinin tam olaraq qorunmasına nail olunsa da, obyektivliyə tam təminat vermək olmur. Fikrimcə, bu problemi aradan qaldırmaq üçün rəyçiləri müntəzəm olaraq dəyişdirmək, yeniləri ilə əvəz etmək mümkündür.
Üçtərəfli anonim baxış
Üçtərəfli anonim baxış sistemində rəyçilərin anonimliyi ilə yanaşı, müəllifin şəxsiyyəti rəyçi ilə bərabər redaktora da bəlli olmur. Məqalə jurnala təqdimolunma mərhələsində anonimləşdirilir ki, bu da müəllifə qarşı qərəzin minimuma endirilməsinə imkan yaradır. Bununla belə, qeyd etmək lazımdır ki:
Açıq ekspert qiymətləndirilməsi
Açıq ekspert qiymətləndirməsi rəy prosesində və ekspert qiymətləndirməsindən sonra şəffaflığın artırılmasına yönəlmiş bir sıra modellərin ümumiləşdirilmiş formasıdır. Açıq ekspert rəyinin ümumi cəhəti bundan ibarətdir ki, müəllif və rəyçi qiymətləndirmə prosesi zamanı bir-biriləri ilə tanış olurlar. Açıq ekspert qiymətləndirməsinin digər tipləri ilə də tanış olaq:
Rəyçilərin maraqları nədən ibarətdir?
Məqalələrə rəy vermək zaman və zəhmət tələb edən bir prosesidir. Qeyd etdiyim kimi, bu proses günlərlə, həftələrlə vaxt aparır və əksər hallarda əsas etibarilə maddi həvəsləndirmə olmur. Bəs mütəxəssislərin jurnalla rəyçi kimi əməkdaşlıq etmələrində maraqları nədən ibarətdir. Buna bir neçə istiqamətdə yanaşmaq mümkündür:
Birincisi odur ki, rəyçilər redaktorlarla şəxsi dostluq münasibətləri olduğu və jurnalın inkişafında maraqlı olduqları üçün kömək etmək istəyirlər. İkincisi, məqalələri oxuyarkən rəyçilər, eyni zamanda, öz sahələrindəki yeniliklərdən, tədqiqat işlərindən xəbərdar olur və yeni tədqiqatçıları tanıyırlar. Tanış olduqları yeni tədqiqat işləri rəyçilərin öz tədqiqat işlərinin stimullaşdırılmasına, yeni ideya və fikirlərin meydana gəlməsinə də yol aça bilər. Üçüncüsü, jurnalla sistemli əməkdaşlıq edən, jurnala sadiqlik göstərən rəyçi gələcəkdə həmin jurnalda redaktor kimi də fəaliyyət göstərə bilər. Rəyçi kimi fəaliyyət göstərmək karyera inkişafı baxımından da əlverişlidir. Çünki bu, mütəxəssisin şəxsi işinə qeyd olunmaqla, onun haqqında işəgötürəndə müsbət fikir formalaşdırır. Mütəmadi olaraq rəy yazmaq, elmi işlərə münasibət bildirmək elmi yazı üslubunun formalaşmasına, inkişaf etməsinə də təsirsiz ötüşmür. Sense About Science təşkilatının apardığı sorğu da bunu deməyə əsas verir. 4000 rəyçi arasında aparılan beynəlxalq sorğunun nəticələrinə görə, respondentlərin 90 faizi rəyçi kimi fəaliyyətlərindən məmnun olduqlarını ifadə edib. Sorğuda iştirak edən respondentlərin üçdə biri ildə beşə qədər sənədi, əlavə üçdə biri isə on məqaləni nəzərdən keçirmək imkanları olduqlarını bildiriblər. (www.ncbi.nlm.nih.gov).
Elmi məqalələrin qiymətləndirilməsi üzrə mütəxəssi Brian Lusey rəyçilər üçün 10 bənddən ibarət tövsiyə hazırlayıb. Həmin tövsiyələr özündə aşağıdakı məqamları birləşdirir: