Elmi jurnallar: perspektivlər və təcrübələr!

Elmi jurnallar: perspektivlər və təcrübələr!

Elmi jurnalların müasir fəaliyyət istiqamətləri

Elmi jurnalların nüfuz qazanması, dərc olunan məqalələrin elmi səviyyəsindən, aktuallığından asılıdır.

Dünyanın nüfuzlu elmi nəşrlərinin təcrübəsi göstərir ki, elmi jurnal:

- yalnız elmi məqaləni dərc etməklə kifayətlənmir;

- mühüm elmi problemlərin tədqiqi məqsədilə elmi tədqiqat qrupları yaradır;

- elmi-tədqiqat mərkəzlərinə, mütəxəssislərə araşdırma mövzuları tədqim edir;

- dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələr yaradır;

- öz auditoriyasını genişləndirir;

- nəşriyyatlar qurur;

- uzun illik strategiyasını müəyyənləşdirir;

- seminarlar, konfranslar keçirir;

- elmi müzakirələrin həyata keçməsinə şərait yaradır;

- elmlə həyat, təcrübə ilə nəzəriyyə arasında körpü, mənəvi bağ rolunu oynayır;

- aktual mövzularda əlavələr nəşr edir, elmi müəssisə kimi tanınır;

- dünyada elmi tədqiqatların mühüm halqası rolunu icra edir;

- gənclərin elmə maraq göstərməsi üçün maarifləndirmə işi aparır;

- elmin populyarlaşmasına dəstək verir.