Elmi jurnal həqiqi elmi tədqiqat nəticələrini dərc etməlidir
Əgər biz jurnallarımızı yeniləməyə 50 il əvvəl başlasaydıq...
Elmi jurnalların nüfuz qazanması, dərc olunan məqalələrin elmi səviyyəsindən, aktuallığından asılıdır. Jurnalın həcmi, orada dərc olunan məqalələrin çoxluğu onun nüfuz qazanmasında rol oynamır. Dünyanın nüfuzlu elmi nəşrlərinin təcrübəsi göstərir ki, bir elmi jurnal: yalnız elmi məqaləni dərc etməklə kifayətlənmir; mühüm elmi problemlərin tədqiqi məqsədilə elmi tədqiqat qrupları yaradır; elmi tədqiqat mərkəzlərinə, mütəxəssislərə araşdırma mövzuları tədqim edir; dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələr yaradır; öz auditoriyasını genişləndirir; nəşriyyatlar qurur; uzun illik strategiyasını müəyyənləşdirir; seminarlar, konfranslar keçirir; elmi müzakirələrin həyata keçməsinə şərait yaradır; elmlə həyat, təcrübə ilə nəzəriyyə arasında körpü, mənəvi bağ rolunu oynayır; aktual mövzularda əlavələr nəşr edir, elmi müəssisə kimi tanınır; dünyada elmi tədqiqatların mühüm halqası rolunu icra edir.
Bununla da jurnal elmi mühitin formalaşmasına, elmin inkişafına dəstək verir. Mükəmməl elmi jurnal gənclərin elmə istiqamətlənməsi üçün də əsasdır. Elmin və elmi jurnalın inkişafı bir-birinə bağlı olan məsələdir. Elm jurnalsız, jurnal elmsiz inkişaf edə bilməz. Elm dirçəldikcə jurnal, jurnal dirçəldikcə elm dirçəlir. Jurnal elmin həyəcan təbilidir, oyadır, yol üstünə qoyur. Onda elmin ruhu yaşayır. Elmi nəticəsi olmayan məqalə oksigensiz hava, yaxud poetizmi olmayan şeir kimidir. Ədəbi mühitdə bayağı "poeziya nümunələri" olduğu kimi, elmi mühitdə də elmi dəyəri olmayan məqalələr var. Biri zövqü korlayır, digəri intellekti... Jurnalda həqiqi elmi tədqiqatların təsiri o qədər güclü olmalıdır ki, elmliyi olmayan məqalə ona yaxın düşə bilməsin - içi hava ilə doldurulmuş şar suyun dərin qatlarına enə bilmədiyi kimi...
Əgər biz jurnallarımızı yeniləməyə 50 il əvvəl başlasaydıq, bu gün elmi jurnalların tamamilə fərqli bir mənzərəsi ilə üz-üzə idik... Bununla bərabər, əlbəttə ki, elmin də... İndi elə bir mənzərə yaranıb ki, sanki Marsa uçmaq elmi jurnalın elmmetrik bazaya daxil olmasından daha asandır. Fəaliyyəti dünyanın inkişaf dinamikasına uyğun qurmaq dövrün tələbidir. Əslində, bu tələb jurnallar üçün bütün zamanlarda mövcud olub. Təəssüf ki, bizim elmi jurnallar fəaliyyəti bu tələblər istiqamətində qura bilməyib.
Elmi məqalə tədqiqat nəticəsi kimi meydana çıxdıqda əhəmiyyətli olur
Çünki bu cür məqalələr təcrübədən, zərurətdən yaranır. Təcrübədən, həyatdan gələn elmi işlər yalnız elm adamları üçün deyil, elmə, təhsilə maraq göstərən hər kəs üçün əhəmiyyət daşıyır. Məsələn, bu gün: COVİD-19 pandemiyası ilə bağlı elmi tədqiqatların nəticələrini kim oxumaq istəməz? Dünyada elmin, təhsilin, səhiyyənin yenilikləri; insan psixikası; nanotexnologiyalar; uşaqların rəqəmsal dünyada tərbiyəsi; təfəkkürün inkişafı; uşaqların elmə, təhsilə təşviq edilməsi; biliklərin daha optimal yollarla çatdırılması; insan hüquqları; süni intellekt; kosmik tədqiqatlar; gələcək peşələr kimi mövzularda tədqiqatlarla kim maraqlanmaz?
Bu və ya digər mühüm mövzular elmi jurnallarda nəşr olunmaqla: öz tətbiqini tapdıqda, elm üçün, həyat üçün faydalı olur; həqiqi elmi tədqiqat işi yeni-yeni elmi tədqiqatlar üçün ilham mənbəyinə çevrilir; elmi məqalə elmi məqalə yazmaq naminə, tədqiqat işi sadəcə tədqiqat aparmaq xatirinə deyil, elmə xidmət naminə həyata keçiriləndə əhəmiyyətli olur; Həqiqi elmi tədqiqatların dərc olunduğu jurnallar həm də oxucunun etimadını, inamını qazanır.
Oxucu məlumatı səthi formada sosial şəbəkələrdən, yaxud hansısa qeyri-ciddi nəşrdən deyil, elmi jurnaldan əldə etdikdə, daha etibarlı biliyə, məlumata malik olur. Məsələn, COVİD-19 xəstəliyinin vaksinasiyası ilə bağlı cəmiyyətdə dolaşan müxtəlif fikirlər, şayiələr kimi. Vaksinasiya problemlərinin elmi şərhi nə qədər çox olarsa, istər-istəməz şayiələrin qarşısı alınar.
Etibarlı elmi jurnal etibarlı elmi mənbə olmaqla, həm elmə, həm də özünə inam yaradır, elm və elmi jurnal haqqında təsəvvür formalaşdırır.
Bizim elmi jurnallar bizi elmimizin real vəziyyəti ilə qarşı-qarşıya qoyur.
Dünyada elmi jurnal dəyişən dünyanın elmi dillə ifadəsi kimi qəbul olunur. O, bir elmi laboratoriyadır. Elmi jurnal təsadüfi məqalələrin meydanı ola bilməz, hər bir məqalənin məqsədi olmalıdır. Ona görə də elmi jurnalın elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlığı ümumi məqsədlər baxımından faydalıdır.
Jurnalın reytinqini necə yüksəltməli?
Elmi jurnal zamanəsinin elmi nəbzini tutduqda inkişaf edir. Elm bəşəri olduğu kimi jurnal da sərhədsizdir. Jurnal öz səhifələrində qlobal elmi problemləri dərc etdikcə, bir dünya jurnalı olmağa başlayır. Əgər biz istəyiriksə elmi jurnallarımız dünyanın inkişaf edən jurnal trendləri arasında itib batmasın, prestijimiz, istinadımız və keyfiyyətimiz yüksək səviyyədə olsun - jurnalın beynəlxalq statusu olmalı, məqalələr ingilis dilində dərc edilməli, ola bilər ki, gələcəkdə digər dillərə də müraciət olunmalı, xarici müəlliflərin dərc edilməsinə nail olmalıyıq. Bu gün isə aydın görünür ki, müasir elmi jurnal tendensiyaları ölkəmizə çox ləng qədəm qoyur. Bu da bizim jurnalları rəqabətdən saxlayır. Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm: bu gün dünyanın nüfuzlu universitetlərində çalışan, fundamental elmi tədqiqatlar aparan və məqalələrinə yüzlərlə istinad olunan azərbaycanlı alimlər var. Onların elmi tədqiqat aparma, jurnallarda nəşr olunma təcrübələrinin ölkəmizdə yayılması çox yaxşı olardı. Bu, həm də elmi jurnalistikanın inkişafına yol açar. "Nature", yaxud "Science" kimi jurnallarda dərc olunmaq xüsusi yazı texnikası tələb edir. Təəssüflər olsun ki, bu gün Azərbaycanda həmin yazı texnikasına malik olan mütəxəssislərin sayı çox azdır.
Qeyd etdik ki, jurnalların reytinqinin yüksəldilməsinə təsir edən amillərdən biri və ən mühümü elmi məqalələrin aktuallığıdır. Jurnalın hər məqaləsi bir aktual ideya, fikir ortaya qoymalıdır, əgər bunun əksidirsə, deməli, tədqiqatların aktuallığına diqqəti artırmalıyıq. Təəssüflər olsun ki, bu gün Azərbaycan alimləri özlərinin aktual elmi məqalələrini öz jurnallarımızda dərc etdirməyə maraqlı olmurlar. Onlar nüfuzlu xarici elmi jurnal axtarırlar və bu, başadüşüləndir. Gərək biz jurnalımızın reytinqini yüksəldək ki, nüfuzlu alimlərimiz öz jurnallarımızda dərc olunmağa üstünlük versinlər. Elmin bütün sahələrində jurnal brendlərimizin yaranması, bizə elmin inkişafı qədər vacibdir. Nağılabənzər "elmi" məqalələrin, heç bir aktuallığı, yeniliyi olmayan elmi yazıların dərc olunduğu jurnal gərək öz adında elmi jurnal ifadəsindən istifadə etməsin. Jurnal elə məqalələri dərc etməlidir ki, digər müəlliflərə bir nümunə olsun, müəyyən bir səviyyə formalaşdırsın. Elə təsəvvür yaranmasın ki, nə yazsaq, çap edəcəklər. Qeyri-aktuallıq jurnalı öz missiyasından uzaqlaşdırır, həm elm gözdən düşür, həm də elmi jurnal. Aktual elmi tədqiqatlar jurnalın, jurnal isə elmin sütunudur. Jurnal elmin əlçatanlığını təmin edir, onu masalar üzərinə gətirir. Kim masasının üzərində lazımsız əşya, yaxud keyfiyyətsiz qida arzulayar...
Elmi jurnalın inkişafı həmin jurnal üçün deyil, ölkə üçün əhəmiyyətlidir. Odur ki, bu məsələ elmi ictimaiyyətin diqqət mərkəzində dayanmalıdır. Ölkədə elmi jurnal ekosisteminin inkişaf etməməsi alimlərin ölkə kənarında jurnal axtarmasına, bununla da bir çox hallarda "yırtıcı", "zibil" jurnalların tələsinə düşməsinə münbit şərait yaradır. Ekspertizasız, böyük məbləğdə pul hesabına dərc olunan bu məqalələr zəhmət bahasına başa gələn elmi tədqiqat işini də heçə endirir. Tədqiqatçılar qarşısında qoyulan, xarici elmi jurnalda nəşr tələbi tədqiqatçını tez-tələsik bu addımı atmasına vadar edir. Necə deyərlər, "qaş düzəltdiyimiz yerdə gözü də çıxarırıq". Azərbaycanın öz elmi jurnallarının ləngimədən keyfiyyətini yüksəltmək və beynəlxalq status almasına nail olmaq zəruridir. Almaniyada kimya elmi sahəsində "Angewandte Chemie" adlı elmi jurnal nəşr olunur. Bu gün bu jurnalda dünyanın hər yerindən - Çindən, Amerikadan, Fransadan, Böyük Britaniyadan olan alimlər dərc olunmağa can atırlar. Baş redaktorun portfelində dünyanın müxtəlif ölkələrindən olan alimlər çoxluq təşkil edir, nəinki Almaniyadan. Jurnalın İmpakt-Faktoru 12-dən çoxdur. Bəzi alimlər hesab edirlər ki, "Angewandte Chemie" jurnalı ABŞ-da dərc olunan JACS (Journal of American Chemical Society) nəşrindən daha çox təsir gücünə malikdir. Maraqlıdır ki, "Angewandte Chemie" milli jurnaldır, o, almanca adını qoruyub saxlamaqla, dünyanın ən yaxşı jurnalları sırasına qoşula bilib. Demək ki, bunu etmək mümkündür.