Almaz Əhmədova


MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏRDƏ YENİ TƏLİM TEXNOLOGİYALARINDAN İSTİFADƏ

Annotasiya. Məqalədə tərbiyəçi-müəllimlərin məktəbəqədər təhsil müəssisələrin də yeni təlim texnologiyalarını intensiv şəkildə tətbiq etmələri haqqında danışılır. Qeyd olunur ki, bu texnologiyalardan istifadə uşaq şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Təlim prosesini humanistləşdirmədən, demokratikləşdirmədən uşaq şəxsiyyətini formalaşdırmaq mümkün deyil. Bunun əsas mahiyyətini isə təlim-tərbiyə işində qurucu, yaradıcı, dəyişdirici, pedaqoji və sosial-mədəni əhəmiyyət daşıyan prinsiplər, başqa sözlə desək – düzgün və səviyyəli şəkildə aparılan pedaqoji proses təşkil edir. Məktəbəqədər təhsilin modernləşdirilməsinin əsas vəzifələrindən biri tərbiyəçi-müəllimlərin peşəkar fəaliyyətinin məqsəd yönlü təşkilidir. Bu sistemə innovativ pedaqoji texnologiyaların tətbiqi bir tərəfdən, tərbiyəçi-müəllimlərin peşəkarlıq kompetensiyalarının formalaşmasını təmin edir, digər tərəfdən isə müxtəlif səviyyəli təhsil müəssisələrində texnologiyaların təlim prosesinə tətbiqi ilə inteqrativ təlimin təşkili üçün şərait yaradır. İnnovativ təlim prosesinin əsasını və məzmununu innovativ fəaliyyyət təşkil edir. Bu fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, ənənəvi təhsil sisteminə yeniliklər gətirməklə pedaqoji proses yenilənir və bu, təlimin səviyyəsinin yüksəldilməsinə səbəb olur.

Açar sözlər: məktəbəqədər dövr, pedaqoji texnologiyalar, pedaqoji proses, uşaq şəxsiyyəti, əməkdaşlıq.

Yüklə Öncəki səhifə