Anar Xələfov


İNKLÜZİV SİNİFLƏRDƏ OYUNLARDAN İSTİFADƏNİN ŞAGİRDLƏRİN TƏLİM NƏTİCƏLƏRİNƏ TƏSİRİ

Annotasiya. Bu məqalədə inklüziv siniflərdə riyaziyyat fənnini tədrisində oyunların tipik uşaqların və sağlamlıq imkanları məhdud olan uşaqların təlim nəticələrinə təsiri araşdırılır. Bunun üçün təlim prosesində tədqiqatçı oyunlardan istifadənin aktuallığı barədə beynəlxalq elmi ədəbiyyat nəzərdən keçirilir. Şagirdlərin təlim nəticələrinə oyunların təsirinin təcrübədə ölçülməsi üçün tədqiqat çərçivəsində inklüziv təhsili həyata keçirən ümumtəhsil məktəblərində eksperimental siniflərdə müxtəlif masaüstü, hərəkətli və şəkilli kartlarla oyunlar tətbiq edilmişdir. Eyni zamanda, təlim nəticələrinin təhlil olunması üçün tədqiqata cəlb olunmuş məktəblərdə siniflər kontrol və eksperimental qruplara bölünərək, müxtəlif tədqiqat metodlarından istifadə olunaraq şagirdlərin təlim nəticələri ölçülür və müqayisə olunur.

Açar sözlər: oyunların təlimdə istifadə olunması, didaktik oyunlar, oyun əsaslı təlim, inklüziv siniflərdə təlimin təşkili, təlim nəticələri.

Yüklə Öncəki səhifə