Arzu Novruzova


MƏKTƏBƏQƏDƏR TƏHSİLDƏ RƏQƏMSAL VASİTƏLƏRDƏN DÜZGÜN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ

Annotasiya. Məqalədə məktəbəqədər təhsil mərhələsində rəqəmsal vasitələr dən düzgün və məqsədyönlü istifadənin əhəmiyyəti araşdırılır. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının təhsil prosesinə inteqrasiyası məktəbəqədər yaşlı uşaqların idraki, sosial-emosional və yaradıcılıq inkişafına təsir göstərən mühüm amillərdən biri kimi qiymətləndirilir. Məqalədə rəqəmsal vasitələrin (interaktiv lövhələr, tədris proqramları, təhsil tətbiqləri və s.) istifadəsinin pedaqoji imkanları, eləcə də onların yaş xüsusiyyətlərinə uyğun, balanslı və təhlükəsiz tətbiqinin zəruriliyi elmi-pedaqoji baxımdan təhlil olunur. Eyni zamanda rəqəmsal mühitin uşaqların inkişafına müsbət və mənfi təsirləri müqayisəli şəkildə araşdırılır, tərbiyəçi-müəllim və valideynlərin bu prosesdə rolu vurğulanır. Məqalədə məktəbəqədər təhsil müəssisələrində rəqəmsal texnoogiyalardan istifadənin normativ-hüquqi əsasları, müasir pedaqoji yanaşmalar və beynəlxalq təcrübə elementləri nəzərə alınmaqla mövcud problemlər sistem ləşdirilir. Rəqəmsal vasitələrin məqsədsiz və nəzarətsiz istifadəsinin uşaqların psixoloji və fiziki inkişafına mümkün mənfi təsirləri elmi mənbələr əsasında şərh edilir. Tədqiqatın nəticələri məktəbəqədər təhsil müəssisələrində rəqəmsal vasitələrdən istifadənin səmərəliliyinin artırılmasına yönəlmiş tövsiyələrin hazır lanmasına xidmət edir.

Açar sözlər: məktəbəqədər təhsil, rəqəmsal vasitələr, informasiya-kommunika siya texnologiyaları, uşaqların inkişafı, təlim prosesində texnologiya, rəqəmsal savadlılıq.

Yüklə Öncəki səhifə