Arzu Süleymanova


İNKLÜZİV TƏHSİLƏ CƏLB OLUNAN UŞAQLARLA İŞ TƏCRÜBƏSİNDƏN

Annotasiya. Məqalədə Azərbaycanda inklüziv təhsilin inkişafı istiqamətləri təhlil edilir. Qeyd olunur ki, uzun illər ərzində əlilliyi olan uşaqlar sağlam uşaqlardan ayrılıqda təhsil almış, bir növ diskriminasiyaya məruz qalmışlar. 2001-ci ildən etibarən bu sahədə müxtəlif müsbət yanaşmalar müşahidə olunmağa başladı. Bundan əvvəl uğurla həyata keçirilən və hazırda ölkənin müxtəlif rayonlarında resurs mərkəzlərini əhatə edən pilot proqramı əsas götürərək, ölkədə tətbiq edilə biləcək inklüziv məktəb konsepsiyasının formalaşdırılmasına diqqət artırıldı. Məqalədə sağlamlıq imkanları məhdud (SİM) uşaqların hüquqlarının qorunması və inklüziv təhsil haqqında qəbul olunan beynəlxalq miqyaslı sənədlər, Azərbaycan Respublikasında inklüziv təhsil sahəsində qəbul edilən qanun və proqramlar, onların əhəmiyyətli tərəfləri araşdırılır. Həmçinin 202 nömrəli tam orta məktəbdə inklüziv təhsilə cəlb olunan uşaqların irəliləyişləri, nailiyyətləri haqqında məlumat verilir. Açar sözlər: inklüziv təhsil, sağlamlıq imkanları məhdud (SİM) uşaqlar, resurs mərkəzləri, inklüziv məktəb konsepsiyası, inklüziv təhsil haqqında qanun və proqramlar, BMT-nin konvensiyaları, Uşaq Hüquqları Bəyannaməsi.

Yüklə Öncəki səhifə