Aynur Bünyatova


Annotasiya. Müasir psixo – pedaqoji nəzəriyyələrin və onların praktik yönümlərinin əsas məqsədi hər bir uşağı sağlam, fəal və yaradıcı şəxsiyyət kimi inkişaf etdirməkdir. Məqalə Azərbaycanda “Sağlam Təhsil – Sağlam Millət” layihəsində yaradıcı şəxsiyyətin formalaşmasına həsr edilmişdir. Layihənin əsas ideyası fiziki-psixi və mənəvi cəhətdən sağlam, yaradıcı şəxsiyyətin formalaşdırılması üçün tətbiq edilən sağlam təhsil texnologiyalarının səmərəlilik səviyyəsinin tibbi-gigiyenik, psixoloji və pedaqoji baxımdan dəyərləndirilməsi və təkmilləşdirilməsidir. Məqalədə aparılan psixoloji tədqiqatın əsas məqsədi təhsil sistemində tətbiq edilən sağlam təhsil texnologiyalarının təhsilalanlarda yaradıcı şəxsiyyətin formalaşmasına psixoloji təsirinin qiymətləndirilməsidir.

Açar sözlər: təlim prosesi, psixo-pedaqoji təlim metodları, psixi inkişaf, sağlam təhsil, yaradıcılıq potensialı, emosional münasibətlər.

Yüklə Öncəki səhifə