Aynur Əlimuradova


BİRİNCİ SİNİF ŞAGİRDLƏRİNİN MƏKTƏB MÜHİTİNƏ UYĞUNLAŞDIRILMASI PROSESİ

Annotasiya. Məqalədə birinci sinif şagirdlərinin məktəb mühitinə adaptasiyası prosesi və onun nəzəri-metodoloji əsasları təhlil olunur. Məqalədə uyğunlaşma dövrü, onun mərhələləri, adaptasiya növləri, sosial-psixoloji və fiziki amillər, məktəblilərin, onların valideynlərinin qarşılaşdıqları çətinliklər, müvəffəqiyyətli uyğunlaşma üçün vacib olan şərtlər və digər amillər qeyd olunur. Həmçinin bu istiqamətdə dünya təcrübəsi, aparılan araşdırmalar və Azərbaycanda qəbul edilmiş tənzimləyici qanunvericilik aktlarından bəzi nümunələr təqdim edilir. Müasir ibtidai təlim-tərbiyə prosesində şagirdlərin intellektual və fiziki parametrlərinin meydana gətirdiyi reallıqlar istər metodologiya, istərsə də qanunvericilik baxımından bir sıra yeniliklərin meydana gəlməsini və elmi-nəzəri vəsaitlərin daha da artırılmasını zəruri edir. Məqalədə istər müəllimlərin, istərsə də valideynlərin bu istiqamətdə fərdi-psixoloji xüsusiyyətləri əsasında əldə olunan tərbiyəvi və pedaqoji biliklərin zaman keçdikcə daha təkmilləşdirilmiş formaya çatdırılmasının labüdlüyü qeyd olunur. Burada daxili və xarici faktorlar, ailə mühiti, qlobal mühit, informasiya texnologiyalarının meydana gətirdiyi müsbət və mənfi cəhətlər öz əksini tapır.

Açar sözlər: pedaqogika, ibtidai siniflər, sosial-psixoloji adaptasiya, təhsil qanunvericiliyi, təşkilati-pedaqoji hazırlıq.

Yüklə Öncəki səhifə