Ayxan Hüseynli


MƏKTƏBƏQƏDƏR YAŞLI DİZARTRİYALI UŞAQLARIN KORREKSİYA İŞLƏRİNDƏ RİSKLİ AİLƏLƏRİN ROLU

Annotasiya. Məqalədə müasir dövrdə məktəbəqədər yaşlı uşaqlarda dizartriyanın yaranma səbəblərindən bəhs olunur. Qeyd edilir ki, həmin səbəbləri meydana gətirən əsas amillərdən biri valideynlərin bu xəstəlik haqqında məlumatsız olmalarıdır. Deməli, tərbiyəçi-müəllimlərlə yanaşı, ailələrin də bu prosesin mahiyyətini dərindən dərk etmələri zəruridir. Tərbiyəçi-müəllimlərin dizartriyalı uşaqların yaş dövrünə uyğun pedaqoji və psixoloji biliklərə malik olmaları, valideynlərin maariflənməsinə və uşaqlarda daha mürəkkəb nitq qüsurlarının yaranmasının qarşısının alınmasına xidmət edir. Nitq qüsurlu uşaqlarda inkişafın ləng getməsini nəzərə alaraq, ailələrin sağlam mühit yaratması, gələcək üçün yüksək intellektual bacarıqlara malik gənc nəslin yetişməsinə şərait yaratmalıyıq.

Açar sözlər: məktəbəqədər yaşlı uşaq, riskli ailələr, nitq qüsurları, məktəbəqədər dövr, inklüziv təhsil, dizartriyanın elementləri.

Yüklə Öncəki səhifə