Bahar Ələkbərova


İBTİDAİ SİNİFLƏRDƏ OXU VƏRDİŞLƏRİNİN TƏŞVİQİNƏ YÖNƏLİK RƏHBƏR STRATEGİYALAR

Annotasiya. Məqalədə ibtidai sinif şagirdlərində oxu vərdişlərinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində rəhbər (müəllim və məktəb rəhbərliyi) strategiyalarının elmi-nəzəri əsasları və eləcə də praktik mexanizmləri təhlil edilir. Standartlaşdırılmış təhsil modellərinin tətbiqi ilə yanaşı, oxu fəaliyyətinin multidimensionallıqla (idrak, emosional, sosial komponentlər) təşviq edilməsinin vacibliyi, xüsusi vurğulanır. Məqalədə oxu prosesində emosional iştirakın yaddaş konsolidasiyasına, diqqətin fokuslaşmasına təsirlərindən bəhs edilir və mətnlə bağlı meta koqnitiv strategiyaların inkişafına verdiyi töhfələr təhlil olunur. Qeyd edilir ki, ibtidai sinif mərhələsində formalaşan oxu vərdişləri və münasibəti uşağın gələcək akademik trayektoriyasını, psixoemosional dayanıqlığını və sosial inteqrasiyasını müəyyən edən uzunmüddətli investisiya rolunu oynayır. Məqalədə ibtidai təhsil proqramlarında oxu təliminin multidimensional yanaşma prinsipi əsasında təşkili, eyni zamanda müşahidə, təcrübə və elmi araşdırmalara əsaslanan metodların tətbiqi pedaqoji praktikanın prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirilir. Araşdırmanın əsas məqsədi ibtidai təhsil mərhələsində oxu fəaliyyətinin şagirdlərin təfəkkür, dil və yaradıcılıq bacarıqlarının inkişafına təsirini müəyyənləşdirmək, həmçinin bu sahədə effektiv, multidimensional yanaşmaya əsaslanan strategiyalar təklif etməkdir.

Açar sözlər: ibtidai təhsil, oxu vərdişləri, pedaqoji strategiyalar, oxu motivasiyası, tədris prosesinin idarə olunması.

Yüklə Öncəki səhifə