İBTİDAİ SİNİFLƏRDƏ FİZİKİ TƏRBİYƏ TƏLİMİNİN FƏAL (İNTERAKTİV) METODLA TƏŞKİLİ TEXNOLOGİYASI
Annotasiya. Məqalədə dərs prosesinin təşkili zamanı istifadə olunan fəal və interaktiv metodlardan bəhs olunur, onların məqsəd və vəzifələr reallaşdırılması imkanları təhlil edilir. Kiçik yaşlı məktəblilərin fiziki tərbiyə prosesində interaktiv metodların tətbiqinin səciyyəvi əlamətləri araşdırılır. Qloballaşma prosesi yeni təhsil modellərinin yaradılmasına səbəb olmaqla ənənəvi təhsil formalarının yeni təhsil modellərinə inteqrasiyanı təmin etmiş, təlimin səmərəliliyində müasir pedaqoji texnologiyalardan istifadəni zərurətə çevirmişdir. Təlimin fəal və interaktiv metodlarla təşkili yeni pedaqoji-psixoloji mexanizminin fiziki tərbiyə prosesində tətbiqi başlıca vəzifələrdən sayılır. Tədqiqat işi müəllimin fiziki tərbiyə sahəsində səriştəliliyinə və hansı keyfiyyət göstəricilərinə sahib olmasına istiqamət verir, fasilitasiya prosesinin mahiyyətini, onun dərk edilməsində hansı amillərin nəzərə almasını təqdim edir.
Açar sözlər: fəal (interaktiv) metod, ibtidai sinif, fiziki tərbiyə, fasilitasiya, psixomotor fəaliyyət.