Böyükağa Mikayıllı


SİNQAPURDA PEDAQOJİ KADR HAZIRLIĞI MODELLƏRİNİN NƏZƏRİ VƏ TƏCRÜBİ ƏSASLARI

Annotasiya. Məqalədə Sinqapurda pedaqoji kadr hazırlığı, müəllimlərin peşəkar inkişaf strategiyasının formalaşdırılması üçün ixtisaslaşdırılmış təhsil və digər proqramlar sahəsində müasir modellər tədqiq olunur, onların müqayisəli təhlilləri aparılır və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində əhəmiyyətli cəhətləri vurğulanır. Tədqiqat işində əsas diqqət həm də mövzunun tərkib hissəsi kimi pedaqoji təhsildə tələbə qəbulu məsələsinə yönəldilir. Bu baxımdan, Nanyanq Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən və Sinqapurda pedaqoji kadr hazırlayan yeganə müəssisə olan Milli Təhsil İnstitutunun (MTİ), (National Institute of Education – NIE) fəaliyyəti, instituta qəbul, burada tətbiq olunan pedaqoji kadr hazırlığı modelləri, proqramları araşdırılır. Sinqapur təhsil sistemində müəllimlərin peşəkar inkişafının təməlində dayanan “Dəyərlər – Bacarıqlar – Bilik” (V3SK) normativlər çərçivəsnin əhəmiyyətli tərəfləri təhlil olunur. XXI əsrdə müəllimin əsas peşəkar bacarıq və səriştələrinin bu normativlərlə müəyyən olunduğu qeyd edilir. Müəllim nə dərəcədə mənəvi dəyərlər daşıyıcısıdır? Onun malik olduğu bacarıqlar və səriştələr müasir düşüncəli, geniş təfəkkürlü şəxsiyyətin yetişdirilməsinin əsaslarını yarada bilirmi? Tədqiqat işində bu və bu kimi digər suallara aydınlıq gətirilir.

Açar sözlər: Milli Təhsil İnstitutu, müəllimin səriştəlilik modeli, XXI əsrin müəllim modeli, pedaqoji təcrübə modeli, dəyərlər-bacarıqlar-bilik, müəllim etikası, peşəkar bacarıqlar, birgə öyrənmə.

Yüklə Öncəki səhifə