MƏKTƏBƏQƏDƏR TƏHSİL: DÜNYA TƏCRÜBƏSİ – TARİXİ VƏ MÜASİR ASPEKT
Annotasiya. Məqalədə məktəbəqədər təhsil sisteminin formalaşmasının ilkin mərhələləri, onun inkişafına və dünyaya yayılmasına təsir göstərən amillər, eləcə də məktəbəqədər təhsilin müasir səciyyə daşımasında rol oynayan metodlar, modellər, proqramlar və yanaşmalar araşdırılır. Məktəbəqədər təhsilin nəzəri və təcrübi baxımdan inkişafına əhəmiyyətli dərəcədə təkan verən pedaqoq və psixoloqların, təhsil tədqiqatçılarının elmi-nəzəri ideyalarının, konseptual baxışlarının mühüm cəhətlərindən bəhs olunur. Böyük Britaniyanın, Yaponiyanın və Çin dövlətinin məktəbəqədər təhsil sistemləri, onların müasir inkişafının təməlində dayanan amillər tarixi və müasir aspektdə araşdırılır, təhlil edilir, eləcə də fərqli və oxşar cəhətlərə nəzər yetirilir, məktəbəqədər təhsilə konseptual yanaşmanın bu sahənin inkişafı üçün əsas olduğu qənaətinə gəlinir. Qeyd edilir ki, bu gün ən mütərəqqi təhsil sistemlərinə malik olan ölkələr, ilk növbədə, təhsilin təməl mərhələsi hesab olunan məktəbəqədər təhsil sisteminin inkişafına nail olan ölkələrdir.
Açar sözlər: Fridrix Fröbel, Valdorf pedaqogikası, fərqli modellər, erkən inkişaf dövrü, “hansey” texnologiyası, “ikudzi” yanaşması, reggio-pedaqogika