Böyükağa Mikayıllı, İlahə İsgəndərova


MƏKTƏBDƏ TƏDQİQAT ƏSASLI ÖYRƏNMƏ MÜHİTİ VƏ GENDER YÖNÜMLÜ HƏSSAS YANAŞMA

Annotasiya. Məqalədə təlimin fəal-interaktiv metodlarla təşkili zamanı məktəblərdə tədqiqata əsaslanan öyrənmə mühitinin və gender yönümlü həssas yanaşmanın tətbiqindən bəhs olunur, onların reallaşdırılması imkanları təhlil edilir. Orta məktəb dövründən tədqiqat əsaslı öyrənmənin və gender yönümlü yanaşmanın tətbiqinin səciyyəvi əlamətləri araşdırılır. Müasir dövrdə təlimin məqsədi yüksək intellektual hazırlığa, hərtərəfli inkişaf etmiş dünyagörüşünə malik şəxsiyyətin yetişdirilməsindən ibarətdir. Şagirdlərin intellektinin, eyni zamanda şəxsiyyətinin inkişafı üçün təlimin tərbiyəedici və inkişafetdirici funksiyalarından istifadə etmək zəruridir. Təlimin səmərəliliyi müasir pedaqoji yanaşmalardan istifadəni zərurətə çevirmişdir. Məqalədə tədqiqat əsaslı öyrənmənin və gender yönümlü həssas yanaşmanın vəhdət şəklində təlim nəticələrini yaxşılaşdırmaq üçün bir-birini necə tamamlaya biləcəyi araşdırılır.

Açar sözlər: Tədqiqata əsaslanan öyrənmə, gender yönümlü həssas yanaşma, fəal-interaktiv metod, tədqiqat bacarıqları, gender əsaslı məktəb, gender stereotipləri, gender fərqlilikləri, tədqiqatçılıq bacarıqları.

Yüklə Öncəki səhifə