Cəlal Allahverdiyev


İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ XƏLƏFİ – İRƏVAN TÜRK PEDAQOJİ TEXNİKUMU

Annotasiya. Məqalədə İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumunun 1924–1948-ci illərdəki fəaliyyəti tədqiqata cəlb olunmuşdur. Bu təhsil müəssisəsinin yaranması səbəbləri müəyyənləşdirilir, azərbaycanlı ziyalıların texnikumun səmərəli fəaliyyətindəki xidmətləri üzə çıxarılır. Texnikumun səmərəli fəaliyyətinə mane olan erməni şovinizminin mahiyyəti açıqlanmışdır. Qeyd olunur ki, 1918- 1920-ci illərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara məxsus 300-dən artıq kənd yerlə yeksan edilmiş, minlərlə dinc sakin kütləvi şəkildə qətlə yetirilmişdir. Azərbaycan xalqına məxsus bir çox mədəniyyət, maarif ocaqları dağıdılmışdı. İrəvan Türk Pedaqoji Texnikumunun azərbaycanlı müəllim kadrlarının hazırlığında müstəsna xidmətləri məqalədə geniş elmi-pedaqoji təhlilini tapmışdır.

Açar sözlər: İrəvan Müəllimlər Seminariyası, İrəvan Türk Pedaqoji Texnikumu, erməni şovinizmi, erməni millətçiləri, azərbaycanlı müəllim kadrlarının hazırlığı, İrəvan ədəbi-mədəni mühitinin tənəzzülü.

Yüklə Öncəki səhifə