YAY MÖVSÜMÜNDƏ MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏRDƏ PEDAQOJİ İŞİN TƏŞKİLİ
Annotasiya. Məqalədə yay mövsümündə məktəbəqədər təhsil müəssisələrində təlimin, sağlamlaşdırıcı tədbirlərin səmərəli təşkili məsələlərindən danışılır. Yay mövsümündə işin təşkilinə vaxtında və mütəşəkkil şəkildə başlanılması həm təhsili idarə edən yerli özünüidarəetmə orqanları, həm də təhsil müəssisələrinin rəhbərləri səviyyəsində verilən idarəetmə qərarlarından asılıdır. Məktəbəqədər təhsil müəssisələrində yay mövsümünə hazırlıq işçilərin vəzifələrinə uyğun həyata keçirilir. Yay fəsli uşaqların sağlamlığının möhkəmləndirilməsində, sağlam həyat tərzi vərdişlərinin, habelə təbiətdə təhlükəsiz davranış qaydalarının formalaşdırılmasında ən məhsuldar vaxt olduğu üçün bu mövsümdə işlərin düzgün planlaşdırılması çox vacibdir. Məktəbəqədər müəssisələrin qarşısında duran əsas vəzifələrdən biri uşaqların asudə vaxtının səmərəli təşkilinin tərbiyəçi-müəllimlərin nəzarəti altında həyata keçirilməsidir. Məqalədə qeyd olunur ki, təbiət qoynuna təşkil olunan ekskursiyalar, gəzintilər uşaqların əqli, fiziki inkişafının, bədii-estetik zövqünün formalaşdırılmasında mühüm rol oynayır.
Açar sözlər: tərbiyəçi-müəllim, məktəbəqədər müəssisə, təlimin təşkili, təlimin planlaşdırılması, yay mövsümü, sağlamlaşdırıcı tədbirlər, açıq havada fəaliyyətlər.