Dilşad Dadaşova


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN SOSİAL İNKİŞAFININ BƏZİ PROBLEMLƏRİ

Annotasiya. Məqalədə uşaqların sosial tərbiyəsində məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin qarşılıqlı əməkdaşlığı, sosial inkişaf problemləri, onun formalaşmasına mane olan cəhətlərdən bəhs olunur. Şəxsiyyətin hərtərəfli və sosial inkişafı üçün tövsiyələr şəklində həll yolları təqdim olunur. Məqalədə uşaq şəxsiyyətinin formalaşması, onların böyüklər və yaşıdları ilə birgə fəaliyyət göstərmək, ünsiyyətə girə bilmək, münasibətlər sisteminə qoşulmaq bacarıqlarından söhbət gedir. Bir sözlə – məktəb təliminə cəlb olunmaq üçün lazım olan bütün bu keyfiyyətlər uşaqlarda özünü göstərməlidir. Burada ailə tərbiyəsi, valideyn-uşaq münasibətləri, valideynin məktəb təliminə münasibəti, ailədəki digər yaşlıların uşağa təsiri, uşağın fərdi xüsusiyyətləri, maraqları, əqli və psixi inkişafı da həlledici təsirə malikdir. Beləliklə, obyektiv və subyektiv amillər vəhdətdə götürüldükdə, məqsədyönlü, sistemli iş aparıldıqda təbii imkanlar reallığa çevrilir. Məqalədə məktəbəqədər yaşlı uşaqların sosiallaşması, təlimin yeni, müasir yanaşmaların tətbiqi ilə aparılması, həmçinin valideynlərə tövsiyələr təqdim olunur.

Açar sözlər: məktəbəqədər yaşlı uşaq, sosial inkişaf, məktəbəqədər yaş dövrü, inkişafetdirici mühit, şəxsiyyətyönümlü inkişaf, inteqrasiya, valideynlərlə əməkdaşlıq.

Yüklə Öncəki səhifə