Elçin Abbasov


DRONLARIN MÜXTƏLİF SAHƏLƏRDƏ TƏTBİQİ İMKANLARI

Annotasiya. Məqalədə təhsildə yeni yanaşmalardan biri olan yerli tələb və ehtiyaclara uyğun, problem əsaslı öyrənmə mühitinin (PBL– problem-based learning) təmin edilməsindən söhbət gedir. Bu o deməkdir ki, şagirdlər öz yaşadıqları ərazilərdə olan ehtiyacları ödəmək üçün təhsil layihələri qurmağı, təkliflər verməyi və bunun üçün məsuliyyət daşımağı, problemlərin həllinə yönələn addımlar atmağı vərdişə çevirirlər. Onlar üçün problemləri texnologiyalar vasitəsi ilə həll etmək həmişə maraqlıdır. “Rəqəmsal aqronomlar” şagird düşərgəsi layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə” VI Qrant müsabiqəsində qalib oldu. Məqsəd məktəbliləri elmi-texniki, innovativ istiqamətlərdə fəaliyyətlərə cəlb etmək, aqrotexniki təyinatlı dronların dizayn edilməsi, onların kənd təsərrüfatı ehtiyaclarına uyğun tətbiq edilməsi idi. Bununla şagirdlərdə peşəyönümlü mühəndis-dizayn, rəqəmsal və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsinə nail olmaq mümkündür. Məqalədə qeyd olunur ki, layihə çərçivəsində Cəlilabad rayonunun müxtəlif məktəblərindən seçilmiş şagirdlər “Mexanika mühəndisliyi”, “Dron dizaynı”, “Proqramlaşdırma” olmaqla üç istiqamətdə təlimlər keçib, kənd təsərrüfatında istifadə edilə biləcək dronlar dizayn edərək, 3D printerdə çapa verdilər. Şagirdlər öz dizayn etdikləri dronları fermerlərə, aqronomlara nümayiş etdirdilər.

Açar sözlər: “Rəqəmsal aqronomlar”, dronlar, kənd təsərrüfatı, fermerlər, əməkdaşlıq, şagirdlər, “Mexanika mühəndisliyi”, “Dron dizaynı”, “Proqramlaşdırma”.

Yüklə Öncəki səhifə