Elnurə Məlikova


UŞAQLARIN SOSİAL İNKİŞAFININ ZƏRURİLİYİ

Annotasiya. Məqalədə məktəbəqədər yaşlı uşaqların sosial inkişafının zəruriliyindən və təşkili xüsusiyyətlərindən, həmçinin uşaqların təhsilin ilkin pilləsinə adaptasiya olması və fasiləsiz təhsil sistemində sosiallaşmasından söhbət açılır. Qeyd olunur ki, yalnız tərbiyəçi-müəllimlər deyil, valideynlər də uşaqların sosial inkişafının həyata keçirilməsində dəstəkləyici olmalıdırlar. Xüsusi olaraq o da vurğulanır ki, hər bir uşağın pedaqoji-psixoloji xüsusiyyətlərini dərindən bilərək onlara fərdi yanaşmanı təmin edə bilmək üçün tərbiyəçi-müəllimlərin pedaqoji peşəkarlıq fəaliyyəti yüksək olmalıdır. Məqalədə həmçinin, məktəbəqədər yaşlı uşaqların sosiallaşması, sosial bacarıqlarının inkişaf etdirilməsi üçün hansı strategiyalardan istifadə olunması və inklüziv təhsilin inkişafı məsələlərinə də toxunulur.

Açar sözlər: məktəbəqədər təhsil, sosial inkişaf, sosial mühit, sosial bacarıq və vərdişlər, inklüziv təhsil, erkən uşaqlıq, qabiliyyət, intellekt.

Yüklə Öncəki səhifə