NİYƏ 2 + 2 = 4 OLDUĞUNU ANLAMADAN ÖYRƏNİRİK? RİYAZİYYAT TƏLİMİNDƏ MƏNALANDIRMA PROBLEMİ
Annotasiya. Məqalədə riyaziyyat təlimində mənalandırma probleminin mahiy yəti və bu problemin ibtidai siniflərdə şagirdlərin riyazi düşüncə tərzinə təsiri araşdırılır. Ənənəvi tədris metodlarının çox vaxt sadəcə mexaniki əzbərləməyə əsaslandığı və bunun da riyazi anlayışların dərin qavranılmasına mane olduğu əsas arqument kimi təqdim olunur. Müxtəlif müasir pedaqoji yanaşmalar – kons truktivizm, metakoqnitiv təlim, real həyat kontekstləri və kooperativ öyrənmə – vasitəsilə şagirdlərin anlayış əsaslı öyrənməyə yönləndirilməsi təklif edilir. Tədqiqat bölməsində müəllifin şəxsi müşahidə və analitik yanaşması, eləcə də aktual elmi mənbələrə əsaslanan fərdi nəticələri əks olunmuşdur. Məqalə riyaziyyat müəllimlərinin konseptual təlimə keçid üçün nəzəri əsaslar və praktik tövsiyələr təqdim etməklə, təlim-tərbiyə prosesində keyfiyyətin yüksəldilmə sinə töhfə verir. Müşahidələr və pedaqoji təcrübə göstərir ki, ənənəvi tədris me todları çox zaman riyazi anlayışların məntiqini açıqlamaqdan daha çox, qayda və nəticələrin mexaniki əzbərlədilməsinə yönəlir. Məqalədə konstruktivizm, metakognitiv təlim, real həyat kontekstlərinə əsaslanan tədris və kooperativ öyrənmə kimi müasir pedaqoji yanaşmalar təhlil edilir və bu yanaşmaların anla yışyönümlü riyaziyyat təliminin formalaşdırılmasında rolu əsaslandırılır.
Açar sözlər: ibtidai siniflər, riyaziyyat təlimi, mənalandırma, konstruktivizm, pedaqoji metodologiyalar.