Elza Mollayeva


MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK MƏKTƏB YAŞI DÖVRÜNDƏ VƏTƏNDAŞ İDENTİKLİYİNİN FORMALAŞDIRILMASININ ELMİ-PEDAQOJİ ƏSASLARI

Annotasiya. Məqalədə müasir təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi şəraitində inkişaf etməkdə olan gənc nəslin cəmiyyətə sosial inteqrasiyasından söhbət gedir. Qeyd olunur ki, onun aid olduğu millətin identifikasiyası, milli-mənəvi dəyərləri bu prosesdə əsaslı rol oynayır. Bu amil uşaqlarda vətəndaş identikliyinin zəruriliyini və konsepsiya olaraq, müasir dövrdə aktuallığını şərtləndirir. Vətəndaş identikliyi hər hansı bir insanın müəyyən cəmiyyətə mənsubluğunu ifadə edir ki, burada da ümumi mədəni əsaslar üstünlük təşkil edir, yəni insan özünün vətəndaş kimi hansı cəmiyyətə aid olduğunu dərk edir və həm təbii, həm də sosial mühitdə müəyyən münasibətlər sistemi əsasında fəaliyyət göstərir. Vətəndaş identikliyi, hansı ölkənin vətəndaşı olmaq və bunu dərk etmək şəxsiyyətin inkişafında mühüm amillərdən biridir. Məktəbəqədər və kiçik məktəb yaşı dövrü şagirdlərin vətəndaş kimi formalaşmasında və vətəndaş cəmiyyətinə adaptasiya olunmasında əsas yaş dövrüdür.

Açar sözlər: vətəndaş, vətənpərvərlik tərbiyəsi, vətəndaş identikliyi, məktəbəqədər yaş dövrü, münasibətlər sistemi, ibtidai təhsil.

Yüklə Öncəki səhifə