Elza Mollayeva


Məqalədə məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyətinin təşkilində gender xüsusiyyətlərinin nəzərə alınmasından söhbət gedir. Qeyd olunur ki, məktəbəqədər yaş dövrü uşaqların cinsi-rol istiqamətdə inkişafında və gender identikliyinin yaranmasında əhəmiyyətli dövr hesab olunur. Uşağın öz “mən”ini dərk etdiyi zamandan cins kateqoriyası ilk yerdə durur və onun özünü kişi, ya qadın cinsinə aid etməsi 1,5 yaşından başlayır. Bu yaşda o, artıq özünün oğlan və ya qız olduğunu bilir. 1,5 yaşından 3 yaşa qədər olan dövrdə uşaqlar özlərinə, qadın və ya kişi cinsinə aid olan insanlara qarşı düzgün münasibəti öyrənməyə çalışsalar da, onların cinslər arasında olan fərqləri dərketmə səviyyəsi məhdud olur. Məktəbəqədər dövrdə uşaqlarda əməyə maraq və məhəbbətin yaradılması prosesində gender yanaşmasının nəzərə alınması bu prosesin səmərəliliyini artıran amillərdən biridir. Bu dövrdə müxtəlif cinsə aid olan uşaqların qadın və kişi əməyini mənimsəmələri xüsusi məşğələlərdə və dərnəklərdə həyata keçirilə bilər. Burada hər iki cinsin əmək fəaliyyətini əks etdirən nağıl personajlarından istifadə olunması, onların identikləşmə prosesinə müsbət təsir göstərər.

Açar sözlər: yaş dövrləri, cinsi-rol sosiallaşması, gender tərbiyəsi, məktəbəqədər yaş dövrü, gender identikliyi.

Yüklə Öncəki səhifə