Elza Mollayeva


MƏKTƏBƏQƏDƏR YAŞ DÖVRÜNDƏ UŞAQLARIN SOSİALLAŞMASINA HƏMYAŞIDLARLA ÜNSİYYƏTİN VƏ MƏŞĞƏLƏLƏRİN TƏSİR İMKANLARI

Annotasiya. Məqalədə məktəbəqədər yaş dövründə uşaqların sosiallaşmasına həmyaşıdlarla ünsiyyətin və məşğələlərin təsir imkanları tədqiq olunur. Qeyd olunur ki, insanın sosial inkişafı onun vəziyyətindən, özünənəzarətindən, özünütəşkilindən, özünüidarəetməsindən və şəxsi fəallığından asılıdır. Şəxsi fəallığın səviyyəsi onun cəmiyyətə, ətraf mühitə adaptasiya və ya dezadaptasiya olunması, düşdüyü mühitdə özünü necə hiss etməsi ilə müəyyənləşir. İnsanın cəmiyyətə uyğunlaşması nə qədər rahat olarsa, onun sosiallaşması da bir o qədər ahəngdar gedər. İnsanın sosiallaşması onun bütün ömrü boyu davam edir və bu müddət ərzində o, müxtəlif fəaliyyət sahələrində əvvəlki nəsillərin topladığı sosial təcrübəni əxz edir. Bu təcrübə əsasında insan cəmiyyətdə öz rolunu yerinə yetirir və burada müxtəlif yaş dövrlərinin sosiallaşma spesifikasının nəzərə alınması uşaqların sosial-pedaqoji inkişafına ciddi təsir göstərən amil kimi meydana çıxır. Məktəbəqədər yaş dövründə sosiallaşmaya məktəbə qədər təhsil müəssisələrinin uşaq kontingenti arasında ünsiyyət, eyni qrupda fəaliyyət göstərən həmyaşıdların ünsiyyətinin gender istiqamətləri, təlim məşğələləri təsir göstərir.

Açar sözlər: sosiallaşma, təlim prosesi, həmyaşıdlar, ünsiyyət, gender stereotipləri.

Yüklə Öncəki səhifə