Esmira Ağayeva


SİNİFDƏNKƏNAR FƏALİYYƏTLƏRİN İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN SOSİAL-EMOSİONAL İNKİŞAFINDA ROLU

Annotasiya. Məqalədə ibtidai sinif şagirdlərinin sosial, emosional, fiziki, psixi, intellektual və yaradıcı inkişafında mühüm rol oynayan, tədris proqramı ilə əlaqəli, lakin dərs saatlarından kənar təşkil edilən sinifdənkənar təcrübə fəa liyyətlərinin əhəmiyyətindən bəhs olunur. Texnologiyanın sürətlə inkişaf etdiyi XXI əsrdə sinifdənkənar fəaliyyətlərin, ilk növbədə, şagirdin özünü dərk etmə sinə, dünya görüşünün, nitqinin formalaşmasına, real bacarıqlarının inkişaf et dirilməsinə təsirləri araşdırılmış, bu fəaliyyət növlərinin uşaqların əqli, fiziki, psixi, sosial, yaradıcı və akademik inkişafına potensial faydaları təhlil olunmuş dur. Məqalədə qeyd edilir ki, sinifdənkənar fəaliyyətlər ibtidai sinif şagirdlərinin komanda işi, ünsiyyət və liderlik bacarıqlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqlarını təkmilləşdirməklə, məsuliyyət hissini artırmaqla, ümumi öyrənmə münasibətini yaxşılaşdırmaqla akademik müvəffəqiyyəti təşviq edir. Məqalədə təhlil edilən digər məsələ bu me todikanın tətbiqinin gələcəkdə şagirdin təhsil nəticələrində, bilavasitə hərtərəfli inkişafında uğurlu aspektlərdən biri olmasıdır.

Açar sözlər: ibtidai təhsil, şagird, sinifdənkənar fəaliyyətlər, sosial inkişaf, psixi inkişaf, fiziki inkişaf, akademik inkişaf, bacarıqlar.

Yüklə Öncəki səhifə