Fərrux Abbasoğlu, Sevinc Rüstəmova


İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ NAXÇIVANLI MƏZUNLARI

Annotasiya. Məqalədə qeyd olunur ki, XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən İrəvan və Naxçıvan xanlıqlarının ərazisi işğal olundu. Xanlıqların ərazisində erməni vilayəti yaradıldı. 1849-cu il, iyun ayının 9-da müstəqil İrəvan quberniyası təşkil olundu. Naxçıvan qəzası İrəvan quberniyasının tərkibinə daxil edildi. Naxçıvanda xeyli dünyəvi ibtidai məktəblər yaradıldı, lakin həmin məktəblərdə dərs deyə biləcək müəllim kadrları çatışmırdı. Ümumiyyətlə, İrəvan quberniyasında ibtidai məktəbləri müəllim kadrları ilə təmin etmək məqsədi ilə 1881-ci ildə İrəvan Müəllimlər Seminariyası açıldı. Seminariya nəinki İrəvan quberniyasında, ümumiyyətlə, Cənubi Qafqazda maarifçiliyin inkişafında mühüm rol oynadı. 1881–1918-ci illərdə yeni nəsil müəllim kadrları hazırlığı sahəsindəki missiyasını şərəflə başa vurdu. Məqalədə seminariyanın naxçıvanlı məzunlarının bəzilərinin pedaqoji fəaliyyətləri haqqında məlumat verilmişdir.

Açar sözlər: İrəvan seminariyası, İrəvan quberniyası, Naxçıvan qəzası, Cənubi Qafqazda maarifçiliyin inkişafı, təhsil, müəllim kadrları.

Yüklə Öncəki səhifə