Fatmaxanım Bünyatova


RUS DİLİNİN TAMLIQ (FORMAL-MƏNTİQİ) MODELİ VƏ SMART–PROQRAMLARI

Annotasiya. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, təhsil səviyyəsinin də göstəricisidir. Ana dili başqa dillər kimi, bütün qrammatik qaydaları özündə ehtiva edir və biz ana dilimizdə danışarkən bu qaydalardan istifadə edərək nitqimizi qururuq. Ana dilini tədris edərkən şagirdlərin gizli bilikləri nə dil proqramlarının müəllifləri, nə də şagirdlərə bu proqramları öyrədən müəllimlər tərəfindən nəzərə alınmır. Müəllimlər bu bilikləri inkişaf etdirmək və qrammatik terminlərə, qaydalara aydınlıq gətirmək üçün şagirdlərə qrammatik qaydaları öyrədirlər. Şagirdlər bu qaydaları tətbiq etmək üçün çoxsaylı tapşırıqlar yerinə yetirirlər. Eyni zamanda, şagirdlərin didaktik vahidlərin ardıcıllığı prinsipi əsasında qurulan proqram biliklərini tam şəkildə öyrənmələri illər çəkir. Bu, bir-biri ilə daxili məntiqi əlaqələri olan bilik vahidləri arasında böyük bir uçurum yaradır. Tədrisin bu forması həm şagirdlərin təfəkkürünün, həm də dilin təbii inkişaf qaydalarına ziddir. Şagirdlərin idrakını inkişaf etdirəcək bir proqram yaratmaq üçün J.Piajenin idrak nəzəriyyəsinə əsaslanan rus dili modelini yaratmaq lazım idi. Bu modeli yaratmaq üçün dil vasitəçisi olan psixolinqvodidaktikadan və “Fənn biliklərinin tamlıq və qeyri-səlis modelləşdirilməsi – İFMK” texnologiyasının mexanizmlərindən istifadə edərək, rus dilinin tamlıq modelini koordinat müstəvisində addım-addım modelləşdirdik. Bu model əsasında şagirdlərin zəkasını inkişaf etdirmək məqsədi ilə rus dilinin model proqramlarının hazırlanma yolu göstərilirdi.

Açar sözlər: təbii zəka, təbii dil, psixolinqvodidaktika, J. Piaje, idrak modeli, proqram, SMART proqramı, FQOS, konstruktlar.

Yüklə Öncəki səhifə