Fərid Süleymanov


UNİVERSAL ÖYRƏNMƏ DİZAYNI

Annotasiya. İnklüziv təhsil maraq, bacarıq və potensial etibarilə geniş spektrdən olan şagirdlərin keyfiyyətli təhsil almasını ehtiva edən konsepsiyadır. Buna nail olmaq üçün isə keyfiyyətli təlimin bütün nüanslarını özündə ehtiva edən və onları dolğun şəkildə sistemləşdirən yanaşmalara ehtiyac var. Bu yanaşmaların elmi əsaslı olması keyfiyyəti təmin etmək baxımından da önəmlidir. Universal Öyrənmə Dizaynı (UÖD) bütün bunları təmin etmək potensialına malikdir. Beyin haqqında müasir elmi tədqiqatlara istinadən formalaşdırılmış bu yanaşma şagirdlərin təlimdən dolğun şəkildə faydalanması üçün istiqamətverici tövsiyələr ehtiva edir. Nəticə etibarilə təlim bilikli, strategiyalarla məqsədyönlü şəkildə düşünə bilən, motivasiyalı təhsilalanlar yetişdirir. Məqalədə təlim metodları, özünüifadə və təlimə cəlbolunma imkanlarına dair çoxsaylı tövsiyələr verən UÖD-nin mahiyyəti və prinsipləri izah edilir.

Açar sözlər: inklüziv təhsil, tədqiqat, universal öyrənmə dizaynı, kurikulum, praktiki vasitələr, bacarıqlar.

Yüklə Öncəki səhifə