Firdovsiyyə Əhmədova


İRƏVAN TORPAQLARINDA ERMƏNİ DÖVLƏTİNİN YARANMASI

Annotasiya. Məqalədə Azərbaycan xalqının tarixində ən ağrılı məsələlərdən biri – İrəvan torpaqlarının Ermənistana verilməsindən söhbət gedir. 1804–1813-cü illər Rusiya–İran müharibəsinin ilk döyüşünün, 1826– 1828-ci illər 2-ci Rusiya–İran müharibəsinin son döyüşünün də İrəvan qalası uğrunda olduğunu nəzərə alsaq, bu strateji mövqenin nə qədər əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Qeyd olunur ki, İrəvan və Naxçıvan əyalətlərindən «Erməni vilayəti»nin yaradılması ilə ermənilərin Cənubi Qafqazda ərazi iddiaları təmin edildi. Bununla belə, çar hökumətinin bu əraziyə erməniləri kütləvi şəkildə yerləşdirməsinə baxmayaraq, yenə də yerli azərbaycanlı əhalinin sayca gözəçarpacaq dərəcədə üstünlüyü qeyd olunurdu.

Açar sözlər: Rusiya imperiyası, Osmanlı dövləti, İran, Xəzər hövzəsi, ermənilər, azərbaycanlılar, müsəlman çoxluğu, erməni azlığı.

Yüklə Öncəki səhifə