Günay Bədəlzadə


DAUN SİNDROMLU ŞAGİRDLƏRİN KİÇİK MOTORİKASININ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Annotasiya. Məqalədə Daun sindromlu uşaqlarda kiçik motor bacarıqları onların ümumi fəaliyyətində çox vacib elementlərdən biri kimi araşdırılaraq təhlil edilmişdir. Kiçik motor bacarıqların inkişafı bir çox gündəlik fəaliyyətlər – geyinmək, qidalanmaq, yuyunmaq, əşyaları tutmaq və s. üçün lazımdır. Bundan əlavə, kiçik motor bacarıqları, həmçinin uşaqların məktəbdə akademik uğurları ilə əlaqələndirilir. Son tədqiqatlar kiçik motor bacarıqları ilə zəka arasında sıx əlaqə olduğunu göstərir. Əqli əlilliyi olan uşaqların müxtəlif etioloji qruplarda kiçik motor bacarıqlarına dair ədəbiyyatın nisbi azlığını nəzərə alaraq, Daun sindromlu uşaqlarda bu bacarıqlar araşdırılmışdır. Tədqiqat işində üç etioloji qrup üzrə əqli geriliyi olan, 7–15 yaş arası 50 uşaq arasında təhlillər aparılmışdır: 1. Daun sindromlu uşaqlar; 2. əqli geriliyinin üzvi və digər genetik səbəbi olan uşaqlar; 3. əqli geriliyin etiologiyasının naməlum olduğu uşaqlar.

Açar sözlər: Daun sindromu, kiçik motor bacarıqları, əqli əlillik, Purdue Pegboard Testi.

Yüklə Öncəki səhifə