İNTELLEKTUAL İNKİŞAF POZUNTUSU OLAN KİÇİK YAŞLI UŞAQLARDA EŞİTMƏ YADDAŞININ FORMALAŞMASINDA ŞEİR ƏZBƏRLƏMƏNİN ROLU
Annotasiya. Məqalədə intellektual inkişaf pozuntusu olan uşaqların eşit mə yaddaşının diaqnostikası, təhlili və korreksiyası məqsədilə strukturlaşdırılmış şeir əzbərləmə proqramı tərtib edilmişdir. Eşitmə yaddaşı nitq bacarıqlarının formalaşmasında, tədris proqramının mənimsənilməsində və digər idraki funksiyaların inkişafında vacib rol oynayır. İntellektual inkişaf pozuntusu olan uşaqlarda şeir əzbərləmə-eşitmə yaddaşının in kişafına kömək edən, səsli informasiyanı qavrama və yadda saxlamanı yaxşılaşdıran təsirli bir vasitə ola bilər. Şeir öyrənmənin iş mexanizmi, onun ritmik və qafiyəli quruluşunda gizlidir; bu xüsusiyyətlər məlumatı qəbul etməyi və yadda saxlamağı asanlaşdırır. Şeirlərin əzbərlənilməsi təkcə yaddaşı gücləndirmir, həm də diqqət, fonematik qavrayış və motor bacarıqları kimi əlavə neyropsixoloji prosesləri aktivləşdirir. Tədqiqatda 6–10 yaş arası intellektual problemli 50 uşaq iştirak etmiş, onlardan 25 nəfəri müşahidə qrupunda, 25 nəfəri isə eksperimental qrupda yer almışdır. Eksperimentdən əvvəl və sonra eşitmə yaddaşının diaqnostikası aparılmış və nəticələrin təhlili məqalədə öz əksini tapmışdır.
Açar sözlər: intellektual inkişaf pozuntusu olan uşaqlar, eşitmə yaddaşı, şeir əzbərləmə metodu, diaqnostika metodları, korreksiyaedici iş.