AZƏRBAYCANDA VALİDEYNLƏRİN TƏHSİL VƏ İŞ STATUSLARININ 4-CÜ SİNİF ŞAGİRDLƏRİNİN OXUYUB-ANLAMA BACARIQLARINA TƏSİRİ
Xülasə. Məqalədə Azərbaycanda 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarına sosial-iqtisadi faktorların, xüsusilə də valideynlərin təhsili və iş statusunun təsiri araşdırılır. Bunun üçün PİRLS 2016 (Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatı) statistik məlumatları təhlil edilib. Şagirdlərin oxuyub-anlama bacarıqlarına təsir edən müstəqil dəyişənlər aşağıdakılardır: (i) valideynlərin təhsil səviyyəsi (ii) valideynlərin iş statusu. Təhlil valideynlərin həm təhsil, həm də tutduğu vəzifə səviyyəsinin uşaqların oxu bacarıqlarına müsbət təsirini göstərir. Araşdırma xüsusilə, ataların yuxarı təhsil səviyyəsi və iş statuslarının 4-cü sinif şagirdlərinin oxu nailiyyətlərinə daha çox təsir etdiyini meydana çıxarır.
Açar sözlər: sosial-iqtisadi vəziyyət, valideynlərin təhsil və professional işi, oxuyub anlama, PİRLS.