MƏKTƏBƏQƏDƏR TƏHSİLİN UŞAQLARIN İNKİŞAFINA TƏSİRİ
Annotasiya. Bu məqalə, uşaqların hərtərəfli inkişafında mühüm rol oynayan məktəbəqədər təhsil müəssisələrinin müasir tədqiqatlara dair ətraflı bir təhlil və qiymətləndirmə təqdim edir. Məqalədə sosial bacarıqlar, koqnitiv inkişaf, yaradıcı düşüncənin formalaşması kimi əsas aspektlər müzakirə edilir. Uşaqların müstəqil tədqiqat və cəmiyyətə uyğun təhsilin təminatını bacarmağında məktəbəqədər təhsil müəssisəsinin təsirini sübut edən elmi əsasları aydınlaşdırılmışdır. Oyun metodu, problemləri axtarma metodu və layihə metodları da daxil olmaqla müxtəlif tədris metodları təhlil edilir, onların Azərbaycan təhsil sistemi kontekstində tətbiqinə dair geniş müzakirələr aparılır. Məqalənin sonunda uşaqların gələcəkdəki inkişafının əsaslarını effektiv şəkildə formalaşdırmaq üçün uşaq bağçasına sistematik və fərdi yanaşma tələb olunur.
Açar sözlər: Uşaq bağçası təhsili, uşaq inkişafı, sosial bacarıqlar, koqnitiv inkişaf, yaradıcı düşüncə, dəyərlər, sistemli təsir.