İlhamə Əsədova


XÜSUSİ ÖYRƏNMƏ ÇƏTİNLİYİ – DİSLEKSİYA VƏ YENİ TƏLİM LAYİHƏLƏRİ: RƏQƏMSAL BACARIQLAR VƏ STEAM

Annotasiya. Məqalədə şagirdlərin xüsusi öyrənmə çətinliyi – disleksiya və onun növləri haqqında məlumat verilir, disleksiyalı şagirdlər, onlara xas olan ümumi və fərdi xüsusiyyətlər açıqlanır. Xüsusi öyrənmə çətinliyinin səbəblərinin müəyyən edilməsi, disleksiyalı şagirdlərın aşkarlanması və onlarla təlimin təşkili yolları təhlil olunur. Belə şagirdlərlə təlimin təşkili zamanı müasir təlim layihələrinin tətbiqi təlimin səmərəliliyini artırmaq, şagirdlərın qavrama qabiliyyətini asanlaşdırmaqla yanaşı, vaxtdan səmərəli istifadə etmək baxımından da əhəmiyyətlidir. Məqalədə STEAM və rəqəmsal bacarıqlar layihəsinin mahiyyəti açıqlanmış, “rəqəmsal bacarıqların aşılanması məqsədinin reallaşdırılması işinə nədən başlamalı” sualı cavablandırılmışdır. Müəllif dünya alim və tədqiqatçılarının əsərlərinə istinad edərək disleksiyalı insanlar sırasında dahi şəxsiyyətlər, ixtiraçı və mühəndislərin olduğuna dair faktlar göstərmişdir. Məqalədə şagirdlərin pedaqoji və psixoloji diaqnostikasının dəqiqliklə aparılması və təlimin səmərəli təşkilinə nail olmaq üçün müəllimlərin peşəkarlığının artırılması məsələlərinə də toxunulmuşdur.

Açar sözlər: disleksiya, disqrafiya, diskalkuliya; dispraksiya, intensiv məşqlər, nitq terapiyası.

Yüklə Öncəki səhifə