İlhamə Əsədova


Məqalədə ümumtəhsil məktəblərində özünüauditin formalaşdırılması, nəzarətin müasir metodlarla həyata keçirilməsi və elmi-intellektual resurs bazası yaratmaqla keyfiyyətin yüksəldilməsi barədə məlumat verilir. Pedaqoji idarəetmədə elmi dəyərlər sistemi, məktəblərin müasirləşdirilməsi, ünsiyyət, dinamik inkişaf, davamlılıq, daxili motivasiya, təşəbbüs və yaradıcılıq nümayiş etdirilməsi kimi mühüm amilləri özündə birləşdirən dəyərlər kimi təqdim olunur. Qeyd olunur ki, dünya təcrübəsində vaxtaşırı yeni idarəetmə dəyərlərinə, yeni metodlara, tədris resurslarına, vahid kurikulumlara, dərsliklərə, onların müxtəlifliyinin və rəngarəngliyinin artırılmasına ehtiyac var və buna görə də pedaqoji dəyərlərimizin bütün sahələrdə müasirləşdirilməsinin köklü surətdə təkmilləşdirilməsi tələb olunur.

Açar sözlər: özünüaudit, elmi resurslar, pedaqoji idarəetmə, dəyərlər, keyfiyyət, təklif, tövsiyə, standart, beynəlxalq təcrübə, kurikulum.

Yüklə Öncəki səhifə