EKSKURSİYALARIN TƏDRİS PROSESİNDƏ ROLU
Annotasiya. Məqalədə ekskursiyaların ibtidai təhsil pilləsində təlim-tərbiyə prosesinin mühüm və ayrılmaz tərkib hissəsi kimi rolu hərtərəfli şəkildə araşdı rılır. Şagirdlərin nəzəri biliklərinin praktik müşahidələrlə möhkəmləndirilməsi, onların idrak fəallığının artırılması, ətraf aləmi dərketmə, müşahidə və bilikləri tətbiqetmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ekskursiyaların təsir ləri məqalədə elmi əsaslarla təhlil olunur. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və digər tarixi-memorial obyektlərə təşkil edilən ekskursiyalar nümunəsində milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissinin şagirdlərə aşılanması, sosial ünsiyyət və kollektiv davranış vərdişlərinin formalaşdırılması imkanları araşdırılır. Məqalədə müəllim təcrübəsinə əsaslanaraq belə fəaliyyətlərin fənlərarası inteqrasiya kontekstində əhəmiyyəti, interaktiv təlim metodlarının tətbiqi ilə tədrisin keyfiyyətinin artırılmasına təsiri və ümumilikdə, şagirdlərin şəxsiyyət kimi formalaşmasında oynadığı mühüm pedaqoji rol əsaslandırılır. Eyni zamanda, ekskursiyaların tərbiyəvi və inkişafetdirici potensialı, onların kurikulum çərçivəsində təşkilinə dair metodiki tövsiyələr də məqalədə öz əksini tapır.
Açar sözlər: ibtidai təhsil, pedaqoji proses, ekskursiyalar, fənlərarası inteqrasiya, vətənpərvərlik tərbiyəsi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, tədrisdənkənar fəaliyyətlər, milli-mənəvi dəyərlər.