Kamal Camalov


ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ TƏDRİSİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNİN ƏSAS PRİORİTETLƏRİ

Annotasiya. Məqalədə ümumtəhsil məktəblərində təlim-təhsil paradiqmalarının nəzəri və praktik problemləri tədqiq-təhlil obyektinə çevrilmişdir. Qeyd olunur ki, şagirdlərin xalqımıza, vətənimizə gərəkli insana çevrilməsində müəllimin şagirdlərlə səmimi insani münasibət qurması vacib şərtlərdəndir. Bu, onların yetkin şəxsiyyət kimi formalaşmasına da öz müsbət təsirini göstərir. Məktəbə ilk kövrək qədəmlərini qoyan hər bir şagirdin həyat yolunu müəllimin yaratdığı məşəl işıqlandırır. Şagirdlərin bir şəxsiyyət kimi, vətəndaş kimi, kamil insan kimi formalaşdırılması hər bir müəllimin borcu, şərəf işidir. Müəllim-şagird münasibətlərinin düzgün tənzimlənməsində müəllimin peşəkarlıq xüsusiyyətləri ilə bərabər, şəxsi nümunəsinin də təsiri böyükdür. Məqalədə, həmçinin məktəb rejimindəki əsas şərtlərə və müəllim-şagird münasibətlərindəki çatışmazlıqlara da münasibət bildirilmişdir.

Açar sözlər: ümumtəhsil məktəbləri, fitri istedad, qızıl qayda, yaradıcılıq qabiliyyəti, təfəkkür, psixodiaqnosika, psixoprofilaktika.

Yüklə Öncəki səhifə