Kifayət Məmmədova


MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏDƏ PEDAQOJİ İŞİN PLANLAŞDIRILMASINDA FƏALİYYƏT MƏRHƏLƏLƏRİNİN MƏZMUNUNA İNTERAKTİV YANAŞMA

Annotasiya. Məqalədə məktəbəqədər təhsil müəssisələrində aparılan pedaqoji işin planlaşdırılmasından, onun dörd inkişaf sahəsinin məzmun standartları əsasında təşkilindən, standartların uşaqların qarşılıqlı əməkdaşlıq prosesində müntəzəm olaraq reallaşmasının interaktivliyi təmin etməsindən, Azərbaycan Respublikasının, Türkiyənin, ABŞ-ın Kaliforniya ştatının tədqiqatçılarının elmi araşdırmaları ilə bağlı qeyd olunmuş nümunələrə əsasən, planlaşdırmanın tərbiyəçi-müəllimin səriştəliliyinin mühüm göstəricisi olmasından, o cümlədən, uşaqların şəxsiyyətinin formalaşmasında, gələcək məktəb həyatına hazırlanmalarında, müstəqil fəaliyyətlərində, intellektual potensiallarının üzə çıxarılmasında əhəmiyyətindən bəhs olunur. Məqalədə, həmçinin məzmun standartlarının cari planın mərhələləri üzrə, müntəzəm olaraq inteqrativ şəkildə reallaşdırılmasından, uşaqların gələcək məktəb təlimində müvəffəqiyyətə nail olmalarına zəmin yaradılmasından və s. danışılır. Eyni zamanda, tərbiyəçi-müəllimlərin metodiki işi proqramın (kurikulumun) tələbləri əsasında, planlı şəkildə, səmərəli tətbiq etmələri məqsədi ilə uşaqların bir günlük fəaliyyətinin mərhələlərini əks etdirən plan nümunəsi təqdim edilir.

Açar sözlər: məktəbəqədər təhsil müəssisəsi, pedaqoji yanaşma, fəaliyyət mərhələləri, tərbiyəçi-müəllim, inkişaf sahələri, məzmun standartları, səriştəlilik, əməkdaşlıq.

Yüklə Öncəki səhifə