İNNOVATİV TEXNOLOGİYALARIN MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN İNKİŞAFINDA ROLU
Annotasiya. Məqalədə innovativ texnologiyaların təlimin səmərəli təşkilində və məktəbəqədər yaşlı uşaqların ümumi inkişafındakı əhəmiyyətli rolu təhlil olunur. Bununla bağlı beynəlxalq səviyyədə araşdırılmış innovativ texnologiya modelləri və onların tətbiqinə qoyulan tələblərin uşaqların təlimə həvəslə cəlb olunmalarında bilik və bacarıqlara asanlıqla yiyələnmələrini təmin edən inkişafetdirici mühitin yaranmasındakı rolu ətraflı şərh edilir. Eyni zamanda innovativ texnologiyaların nəzəri və praktik cəhətdən araşdırılması nəticəsində bir sıra ölkələrin mütəxəssislərinin təlimin səmərəli təşkili baxımından bu istiqamətdə etdikləri tövsiyələr, uşaqların oyunda öyrənmələrinə dair praktik nümunələr də məqalədə əks olunur. Beləliklə, məktəbəqədər təhsil sahəsində innovativ texnologiyaların tətbiqi ilə bağlı Sinqapur, Amerika, İngiltərə, Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan və s. ölkələrin mütəxəssisləri tərəfindən aparılan araşdırmalara əsasən belə qənaətə gəlmək olar ki, texnologiyalar uşaqların təfəkkürünün, fiziki, estetik və sosial bacarıqlarının kompleks inkişafında, bilik və bacarıqların asanlıqla mənimsənilməsində mühüm rol oynayır.
Açar sözlər: məktəbəqədər təhsil, məktəbəqədər yaşlı uşaq, fəaliyyət, bacarıq, ünsiyyət, innovativ texnologiya, təfəkkür, oyun, inkişaf, tərbiyəçi-müəllim, araşdırma, mütəxəssis, səmərəli təhsil, keyfiyyət.